Rəhman və Rəhim olan Allahın adı ilə


«Təkcə arvadın istisnadır...»



Yüklə 3,81 Mb.
səhifə202/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   198   199   200   201   202   203   204   205   ...   532
«Təkcə arvadın istisnadır...» (Hud: 81). Ayənin ərəbcəsinə baxdıqda iki məna hasil ola bilər. Birinci mənaya görə belədir: "arvadın istisnadır. Onu özünlə aparma". İkinci mənaya görə isə belədir: "«Heç kəs dönüb geri baxmasın. Təkcə arvadın istisnadır.» Yəni arvadın dönüb baxacaq və onların başına gələn müsibətə düçar olacaq". Bəzi oxunuş növləri ikinci mənanı güclü edir. Amma birinci məna daha aydındır. Daha doğrusunu Allah bilir.

Mələklər Allah tərəfindən hər bir xain insan üçün ibrət dərsi edilən bu inadkar və məl`un (lənətlənmiş) zalımların həlak olacağı barədə Luta müjdə verdilər. «Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?» (Hud: 81).

Lut ailəsi, yəni iki qızı ilə birlikdə oradan çıxdıqda tayfasından heç kəs onların ardınca gəlmədi. Deyilənə görə Lutun arvadı da onunla birlikdə çıxdı. Daha doğrusunu Allah bilir.

(Lut və ailəsi) Yaşadıqları ərazidən uzaqlaşdılar. Günəş üfüqdən yenicə doğurdu ki, Allahın qarşısı alınmaz vədəsi, dəf olunmaz şiddətli intiqamı gəldi.

Uca Allah buyurur: «82. (Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş bərk daşlar yağdırdıq. 83. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuşdu. O, zalımlardan da uzaq deyildir!» (Hud: 82-83). Deyilənə görə, Cəbrayıl qanadının bir tərəfi ilə onların yaşadıqları və ətraf əraziləri, içərisindəki insanlar və heyvanlarla birlikdə kökündən qoparıb səmanın yüksəkliklərinə qaldırdı. Hətta mələklər onların xoruzlarının banlamasını, itlərinin hürməsini eşidirdilər. Sonra qoparılmış ərazini onların üstünə çevirdi. Altını üstünə, üstünü də altına çevirdi.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin