Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə21/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   17   18   19   20   21   22   23   24   ...   532
79. (İblis) dedi: “Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!”

80. (Allah) buyurdu: “Sən möhlət veri­lən­lər­dən­sən,

81. (dərgahımda) vaxtı məlum olan günə (Qiyamətə) qədər!”



82. (İblis) dedi: “Sənin izzətinə–qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam;

83. Yalnız Sənin sadiq bəndələrindən başqa!

84. (Allah) buyurdu: “Həqiqətən, haq­qı deyirəm,



85. and olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduraca­ğam!”

86. (Ey Peyğəmbər!) De: “Mən buna (risaləti, Allahın hökmlərini təbliğ etməyə) görə sizdən heç bir əcr (mü­ka­fat) istəmirəm. Və mən özümdən bir şey uydurub de­yən­lər­dən də deyiləm! (Allahdan mənə nə vəhy olunursa, yalnız onu sizə çatdırıram. Bu Quran mənim sözüm deyil, Allah kəlamıdır!)


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin