Rəhman və Rəhim olan Allahın adı ilə


(Şueyb tayfasının məhvi barəsində)



Yüklə 3,81 Mb.
səhifə212/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   208   209   210   211   212   213   214   215   ...   532
94. (Şueyb tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Özümüzdən bir mərhəmət olmaqla, Şueybi və onunla birlikdə iman gətirənləri xilas etdik. O zülm edənləri isə, dəhşətli (tükürpədici) bir səs bürüdü və onlar öz evlərində diz üstə çöküb qaldılar.

95. Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Mədyən tayfası da Səmud qövmü kimi (Allahın rəhmətindən) uzaq (kənar) oldu! (Hud: 84-95).
Əl-Hicr surəsində isə belə deyilir:

78. Şübhəsiz ki, Əykə əhli də (sıx meşəlikdə yaşayan Şueyb tayfası da) zalım idi.

79. (Göydən od göndərib) onlardan da intiqam aldıq. Hər iki şəhər (Sədum və Əykənin qalıqları) açıq-aşkar göz qabağındadır. (əl-Hicr: 78-79).
Əş-Şuəra surəsində də belə deyilir:

176. Əykə əhli də peyğəmbərləri təkzib etdi.

177. O zaman ki, Şueyb onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz?

178. Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)

179. Artıq Allahdan qorxun və mənə itaət edin!

180. Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!

181. Ölçüdə düz olun, (onu) əksildənlərdən olmayın!

182. Düz tərəzi ilə çəkin!

183. İnsanların haqqını azaltmayın! (Camaatın malını əskiltməyin. Kimin haqqı nədirsə, onu da verin!) Yer üzündə fitnə-fəsad törətməyin!

184. Və sizi də, sizdən əvvəlki nəsilləri də yaradandan qorxun!”

185. Onlar dedilər: “Həqiqətən, sən (əməlli-başlı) ovsunlanmışlardansan!

186. Sən də bizim kimi adi bir insansan! Bizə elə gəlir ki, sən yalançının birisən!

187. Əgər, doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), göyün bir parçasını üstümüzə endir!”

188. (Şueyb) dedi: “Sizin nələr etdiyinizi Rəbbim daha yaxşı bilir!”

189. Nəhayət, onu (Şueybi) təkzib etdilər və buna görə də buludlu günün (qızmar günəşdən sonra peyda olan qara buludun) əzabı onları yaxaladı. Həqiqətən, o, böyük (müdhiş) bir günün əzabı idi.

190. Şübhəsiz ki, bunda (Şueybin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin