Rəhman və Rəhim olan Allahın adı ilə


«Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini



Yüklə 3,81 Mb.
səhifə214/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   210   211   212   213   214   215   216   217   ...   532
«Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini (və ya onların haqqını) azaltmayın. Yer üzü (peyğəmbərlərin şəriətləri sayəsində) düzələndən sonra orada fitnə-fəsad törətməyin.» (əl-Əraf: 85) Onlara ədalətli olmağı əmr edir, zülm etməkdən çəkindirir. Bunu etməyəcəkləri təqdirdə onları bu sözləri ilə təhdid edirdi: «Əgər siz möminsinizsə, bu (dediklərim) sizin üçün xeyirlidir! 86. Hər yolun başında əyləşib Allaha iman gətirənləri qorxudaraq Onun yolundan döndərməyin, onu (Allah yolunu) əymək istəməyin. (Ey Mədyən tayfası!) Xatırlayın ki, bir zaman siz çox az idiniz, amma (Allah) sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin axırı necə oldu!» (əl-Əraf: 85-86) İnsanların mal-dövlətindən vergi və s. alıb təhdid etməyin, müsafirləri qorxutmayın. Uca Allah onları, insanların dünyəvi-hissi və dini-mənəvi yollarını kəsməkdən çəkindirir. Verdiyi nemətlərini onlara xatırladaraq bildirir ki, bir zaman sayınız çox az idi, sayınızı çoxaltdı. Onun göstərişlərinə və sözlərinə məhəl qoymayacaqları təqdirdə Allahın bəlası ilə qarşılaşacaqlarını çatdırdı.

Başqa bir məqamda onlara belə deyir: «Ölçünü və çəkini əksiltməyin. Mən sizi xeyir-bərəkət içində (firavan yaşamaqda) görürəm. Bununla belə (Allahın hökmlərinə riayət etməyəcəyiniz təqdirdə), sizi (hər tərəfdən) bürüyəcək bir günün əzabından qorxuram!» (Hud: 84). Siz bu halınızla davam etməyin. Yoxsa Uca Allah əlinizdə olanların bərəkətini çəkər, sizi fağır edər, verdiklərini əlinizdən alar. Bununla bərabər axirət əzabı da vardır. Kim hər iki əzabı qazanarsa doğrudan da xəsarətə uğramış olar.

Birinci, pis əməl olan çəkidə aldatmağı yasaqlayır, bu dünyada Allahın nemətlərindən məhrum olacaqlarına, axirətdə isə şiddətli əzab görəcəklərinə dair xəbərdarlıq edir.

Edəcəyi əmrin əksini qadağan etdikdən sonra onlara əmr edib deyir: «85. Ey qövmüm! Ölçüdə və çəkidə düz (ədalətli) olun. İnsanların heç bir şeydə haqqını əksiltməyin. Yer üzündə gəzib fitnə-fəsad törətməyin! 86. Əgər möminsinizsə, (bilin ki, ölçüdə və çəkidə düz olandan sonra) Allahın (halal olaraq) verdiyi mənfəət (dünyada və axirətdə) sizin üçün daha xeyirlidir. Mən də sizə nəzarətçi deyiləm!» (Hud: 85-86).

İbn Abbas  və Həsən əl-Bəsri deyir: "«Allahın verdiyi mənfəət sizin üçün daha xeyirlidir.» Yəni insanların malını almaqdansa, Allahın verdiyi ruzi sizin üçün daha xeyirlidir".

İbn Cərir deyir217: "Çəkidə və ölçüdə aldadıb insanların malını mənimsəməkdənsə, çəkidə və ölçüdə düzgün olub əldə etdiyiniz gəlir sizin üçün daha xeyirlidir". Onun bu dedikləri çox gözəl sözlərdir. Bu sözlər Uca Allahın bu ayəsində deyilənə bənzəyir: «100. (Ey Rəsulum!) De: “(Ey insan!) Murdar (haram) şeyin çoxluğu xoşuna gəlsə belə, murdarla təmiz (haramla halal) bir ola bilməz”...» (əl-Maidə: 100). Yəni sizin üçün az miqdarda olan halal, çox miqdarda olan haramdan daha xeyirlidir. Halal az olsa da bərəkətlidir. Haram isə çox olsa da bərəkətsizdir. Uca Allah buyurur: «276. Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar...» (əl-Bəqərə: 276). Peyğəmbər  demişdir: "Sələm miqdarda çox olsa da, onun gedişi azlığa doğrudur"218. Peyğəmbər  digər hədisdə deyir: "Alış-veriş edənlər ayrılana qədər ixtiyar sahibidirlər. Əgər onlar bu işdə doğru olub eyibləri gizlətməsələr, onların alış-verişinə bərəkət verilər. Yox əgər eyibləri gizlətsələr və yalan danışsalar, alış-verişinin bərəkəti heç olar"219.

Halal qazanc az olsa da bərəkətli olar. Haram isə çox olsa da insanı doyuzdurmaz. Buna görə Allahın peyğəmbəri Şueyb deyirdi: «Əgər möminsinizsə, Allahın verdiyi mənfəət sizin üçün daha xeyirlidir. Mən də sizə nəzarətçi deyiləm!» ayəsinin mənası belədir: Sizə əmr etdiklərimi mən və ya başqası görsün deyə yox, Allah xətrinə və Onun savabını qazanmaq üçün edin.

«87. Onlar dedilər: “Ey Şueyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!”» (Hud: 87). Onlar istehza, təhqir və məsxərə ilə deyirdilər: Allahından başqasına ibadət etməməyimiz barədə bizə təzyiq göstərməyini qıldığın namazınmı əmr edir? Dədə-babamızın ibadət etdiklərini tərk edək? Yaxud, əgər bir şey bizim xoşumuza gəlirsə onda da yalnız sənin razı qaldığın kimi davranaq və xoşuna gəlməyən hərəkətlərdən əl çəkək?! «Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!» İbn Abbas, Məymun ibn Məhran, İbn Cureyc, Zeyd ibn Əsləm və İbn Cərir deyir220: "Allahın düşmənləri bu sözləri istehza üçün deyirdilər".


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin