Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə219/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   215   216   217   218   219   220   221   222   ...   532
«(Əzabı) gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm!» Bu ayədə deyilənlər, başqa bir ayədə deyilənlər kimidir: «87. Əgər sizin bir qisminiz mənimlə göndərilənə (dini hökmlərə) inanmış, bir qisminiz isə inanmamışsa, Allah aramızda öz hökmünü verincəyə qədər səbir edin. Axı O, hökm verənlərin ən yaxşısıdır!”» (əl-Əraf: 87).
ŞUEYBİN  ÖZ TAYFASINA QARŞI BƏD DUA ETMƏSİ
«88. (Şueyb) tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan təkəbbürlü əyanları: “Ey Şueyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” – dedilər. (Şueyb) belə cavab verdi: “(Dininizə) nifrət etdiyim halda beləmi (bizi bu işə məcbur edəcəksiniz)? 89. Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, (sizin bütpərəst dininizin haqq olduğunu etiraf etməklə) Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elmi ilə hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan!”» (əl-Əraf: 88-89). Onlar iman gətirənləri öz dinlərinə döndərməyi iddia edirdilər. Şueyb qövmünün qarşısına çıxıb onlarla mübahisə etdi və dedi: «“(Dininizə) nifrət etdiyim halda beləmi (bizi bu işə məcbur edəcəksiniz)Bu insanlar sizin dininizə xoşluqla dönən deyillər. Əgər dönsələr, yalnız zorakılıqla dönərlər. İmanın şirinliyi hansı qəlbə toxunarsa, heç kəs onu oradan çıxara bilməz. İmanı dadan ondan üz çevirməz, başqa rahatlıq tapacağı bir şey olmaz.

Bu səbəbdən o belə deyirdi: «89. Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, (sizin bütpərəst dininizin haqq olduğunu etiraf etməklə) Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elmi ilə hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik.» O bizə yetər, bizi hər şeydən qoruyar. Hər işimizdə biz Ona bel bağlayırıq. Sonra Allahdan tayfasına hökm etməsini, tezliklə layiq olduqları cəzanı göndərməsini istəyərək dedi: «Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan!» Ən ədalətli hakimsən. Şueyb tayfasına qarşı bəd dua etdi. Allah, Onu inkar edən kafirlərə və peyğəmbərlərinə xilaf olanlara qarşı kömək istəyib dua edən elçilərinin dualarını rədd etməz.

Bütün bunlara baxmayaraq onlar etdiklərindən əl çəkmirdilər. «90. (Şueyb) tayfasının kafir əyanları (tabeliyində olanlara) dedilər: “Əgər (dininizi atıb) Şueybin ardınca getsəniz, şübhəsiz ki, (çox böyük) ziyana uğramış olarsınız!”» (əl-Əraf: 90).


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin