Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə22/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   18   19   20   21   22   23   24   25   ...   532
87. Bu (Quran) aləmlərə (həm insanlara, həm də cinlərə) ancaq bir öyüd-nəsihətdir!

88. Siz onun verdiyi xəbəri (Quranda deyi­lən­lərin doğru olduğunu) bir müddətdən (öləndən, yaxud Qiyamət qo­pandan) sonra mütləq biləcəksiniz!”» (Sad: 67-88).
Bu, Qurani Kərimin müxtəlif yerlərindən Adəmin yaradıl­ma­sı haq­qın­da xatırlatdığımız ayələrdir. Bu ayələrin hamısını "Təfsir" ki­ta­bımızda açıq­lamışıq. İndi isə bu ayələrin məzmununu və bu­nun­la bağlı Muhəmməd Peyğəm­bər­dən r rəvayət olunan hədisləri xatır­lada­ca­ğıq. Yardım yalnız Allah­dan­dır.

MƏLƏKLƏRİN ADƏMİN  YARADILIŞ HİKMƏTİ BARƏDƏ SORUŞMASI
Uca Allah bildirir ki, O, mələklərə xitab edib demişdir: «Mən yer üzün­də bir xəlifə (canişin) yaradacağam» (Bəqərə: 30). O, ya­rat­maq istə­di­yi Adəm və onun yer üzünün varisləri olacaq nəsli barəsində mə­lək­lərə xəbər verdi. Necə ki, ayədə deyilir: «(Ey insanlar!) sizi yer üzü­nün varisləri təyin edən Odur.» (əl-Ənam: 165). Digər ayədə isə deyi­lir: «Sizi yer üzünün varisləri edən kimdir?»2 (ən-Nəml: 62). Uca Allah, han­sısa əhəmiyyətli bir hadisə ba­rədə əvvəlcədən xəbər verdiyi kimi, Adə­mi və onun zürriyətini ya­rat­masını da öyünmək üçün əvvəlcədən onla­ra xəbər verdi.

Mələklər isə bu yaradılışın hikmətini öyrənmək və bilmək üçün su­al verib dedilər: «Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?» (əl-Bəqərə: 30).

Bəzi cahil təfsirçilərin: "Mələklər bu sözlərini na­ra­­zı­­lıq bildirmək, yaxud Adəm övladını hörmətdən salmaq və ya on­lara hə­səd aparıb deyirdilər", – demələri xətalıdır.

Deyilənə görə mələklər Adəmdən öncə yaradılmış cinlərdən bu ki­mi əməlləri (qan tökmək, fitnə-fəsad törətmək və s. tərc.) gör­dük­lə­ri üçün yer üzü­ndə yaradılanların çox vaxt eyni xüsusiyyətdə ol­duq­larını düşü­nür­dü­­­lər. Daha doğrusunu Allah bilir.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin