Rəhman və Rəhim olan Allahın adı ilə


«buna görə də buludlu günün



Yüklə 3,81 Mb.
səhifə222/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   218   219   220   221   222   223   224   225   ...   532
«buna görə də buludlu günün (qızmar günəşdən sonra peyda olan qara buludun) əzabı onları yaxaladı. Həqiqətən, o, böyük (müdhiş) bir günün əzabı idi.» (əş-Şuəra: 189). Onlar şiddətli isti ilə qarşılaşmışdılar. Uca Allah onları yeddi gün küləkdən məhrum etdi. Onlar su və ya kölgəliklə sərinlənmək istəyir, amma faydası olmurdu. Mağaralarda daldalanır, yenə də sərinlənmirdilər. Bu halı görüb yaşadıqları yerdən uzaqlaşıb çöllü-biyabana qaçdılar. Başları üzərində bir bulud kölgə saldı. Hamı sərinləmək üçün bu kölgənin altında toplaşdı. Hamı bu kölgəliyə topalaşdıqda, Uca Allah buluda onların üzərinə qığılcım və qaynar daşlar yağdırmağı əmr etdi. Yer onları sarsıdıcı bir zərbə ilə silkələdi və səmadan tükürpədici səs gəldi. Bu əzab onların ruhunu çıxartdı və xəyallarını puç etdi. «91. Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular). 92. Şueybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (nemət) içində yaşamamışdılar. Şueybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular.» (əl-Əraf: 91-92).


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin