Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə227/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   223   224   225   226   227   228   229   230   ...   532
54. (Ey Rəsulum!) Kitabda (Quranda) İsmaili də yada sal! O öz vədinə sadiq və (Bizim tərəfimizdən öz ümmətinə göndərilmiş) bir elçi, bir peyğəmbər idi.

55. O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (Məryəm? 54-55).
Uca Allah buyurur:

45. (Ey Rəsulum!) Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et!

46. Biz yurdu (axirət yurdunu) anmaq xislətini onlara məxsus elədik.

47. Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər!

48. (Ey Peyğəmbər!) İsmaili, (İlyasın əmisi oğlu) əl-Yəsəi və Zülkifli də xatırla! Onların hamısı seçilmiş, ən yaxşı kimsələrdəndir! (Sad: 45-48).

Uca Allah buyurur:



85. (Ey Rəsulum!) İsmaili, İdrisi və Zülkifli də (yad et)! Onların hər biri səbr edən kimsələrdən idi.

86. Biz onları mərhəmətimizə qovuşdurduq (peyğəmbər etdik). Onlar, doğrudan da, saleh bəndələrdən idilər. (əl-Ənbiya: 85-86).
Uca Allah buyurur:

163. (Ey Rəsulum!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik. (ən-Nisa: 163).

Uca Allah buyurur:



136. (Ey möminlər, yəhudi və xaçpə­rəst­lərin sizi öz dinlərinə dəvət etmə­lə­ri­nə cavab olaraq) belə deyin: “Biz Allaha, bizə nazil olana (Qurana), İbra­himə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına (əl-əsbat) göndəri­lən­lərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) pey­ğəm­bər­lə­rə verilən şeylərə (möcüzələrə) inan­mı­şıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!” (əl-Bəqərə: 136).
Uca Allah buyurur:

Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin