140. Yoxsa siz İbrahimin, İshaqın, Yəqubun və onun övladının (nəslinin) yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? De: "Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?" Allahın onlara nazil etdiyi şəhadəti gizlədən kimsələrdən daha zalım kim ola bilər? Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir. (əl-Bəqərə: 140).
Uca Allah onun haqqında yalnız gözəl vəsflər söyləmiş, onu Özünə peyğəmbər və elçi götürmüşdür. Cahillərin ona nisbət etdikləri hər bir iftiradan pak tutmuşdur. Mömin bəndələrinə, ona nazil olan hər bir şeyə iman gətirmələrini əmr etmişdir.
Dostları ilə paylaş: |