«Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda...» yəni, biz daim Sənə ibadət edir və aramızdan heç kəs Sənə asi olmur. Əgər Sənin yaratmaq istədiklərinin yaradılışında məqsəd Sənə ibadət etməkdirsə, budur biz yorulmadan gecə-gündüz Sənə ibadət edirik.
Amma Uca Allah «Mən bildiyim şeyi siz bilmirsiniz!» (Bəqərə: 30) – deyə onlara xitab etdi. Yəni, Mən bunların yaradılması barəsində sizin bilmədiyiniz xeyirli məqsədləri bilirəm. Belə ki, bunların arasında peyğəmbərlər, elçilər, siddiqlər, şəhidlər və əməlisalehlər olacaqdır.
Daha sonra Adəmin elm baxımından onlardan üstün olmasını onlara göstərərək «(Allah) Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi.» (Bəqərə: 31).
İbn Abbasın t dediyi kimi Uca Allah Adəmə canlıların və onların əməllərinin adlarını, kiçik və böyük əşyaların ismlərini öyrətmişdir.3
Buxari Ənəs ibn Malikdən t rəvayət edir ki, Peyğəmbər r demişdir: "Qiyamət günü möminlər bir yerə toplanacaq və deyəcəklər: "Bəlkə Rəbbimizin yanında kimisə şəfaətçi tutaq". Sonra Adəmin yanına gəlib deyəcəklər: "Sən bəşəriyyətin atasısan4. Allah səni Öz əli ilə yaratmış, mələklərini sənə səcdə etdirmiş və hər şeyin adını sənə öyrətmişdir..." hədisin ardı var. 5
Dostları ilə paylaş: |