İBRAHİMİN OĞLU
İSHAQ PEYĞƏMBƏR
SƏXAVƏTLİ ADAMIN
SƏXAVƏTLİ OĞLU
u xarıda qeyd etmişdik ki, İshaq atasının yüz yaşı tamamlandıqdan sonra, İsmailin on dörd yaşı olandan sonra dünyaya gəlmişdi. İshaqın müjdəsi veriləndə anasının doxsan yaşı var idi.
Uca Allah buyurur:
112. Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik.
113. Biz ona İshaqa (peyğəmbərliklə, övlad çoxluğu ilə) bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də! (əs-Saffat: 112-113).
Uca Allah Öz kitabında bir çox ayələrdə İshaqı tərifləyib xatırlatmışdır.
Yuxarıda Əbu Hureyrənin hədisini226 də qeyd etmişdik. Peyğəmbər demişdir: "Səxavətli adam, səxavətlinin oğlu səxavətli oğlu səxavətli, İbrahimin oğlu İshaqın oğlu Yaqubun oğlu Yusufdur".
Dostları ilə paylaş: |