Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə239/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   235   236   237   238   239   240   241   242   ...   532
«18. Onlar (Yusufun) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər.» Bu qan yalançı qan idi. Onlar bir quzu kəsdilər və onun qanını Yusufun köynəyinə sürtdülər ki, atalarını onun qurd tərəfindən yeyildiyinə inandırsınlar. Onlar köynəyi qana batırdılar amma onu yırtmağı unutdular. Elə yalan danışmağın bədbəxtçiliyi unutmaqdır. Onların işində şübhəli məqamlar çox olduğundan etdikləri atalarını aldatmadı. O, qardaşların Yusufa ədavət göstərdiklərini və onu digərlərindən daha çox sevdiyi üçün ona həsəd apardıqlarını bilirdi. Bu sevginin səbəbi onun kiçik yaşlarında böyük düşüncəli olması, simasında ehtiram əlamətlərinin təzahür etməsi, Allahın onu peyğəmbər edəcəyini bilməsi idi. Onlar qardaşlarını özləri ilə aparmaq üçün Yəqubu razı saldılar. Elə bu ilk fürsətdə də onu atalarının gözündən itirdilər. Qayıdanda etdiklərini gizlətmək üçün özlərini ağlamağa vurdular. Buna görə Yəqub onlara belə deyirdi: «“Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbir gərəkdir. Dediklərinizdən (Yusuf barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”» (Yusuf: 18).

Kitab əhlinin mənbələrində yazılır ki, Rubin adlı qardaşı Yusufu quyuya atmağı təklif etdi ki, qardaşlar gedəndən sonra gəlib onu götürsün və atasına təhvil versin. Amma qardaşlar onun başını qatıb Yusufu yoldan keçən bir karvana satdılar. Rubin günün sonunda Yusufu quyudan çıxartmağa gələndə onu orada tapa bilmədi. O çığır-bağır salıb paltarını didməyə başladı. Digər qardaşlar isə gedib bir çəpiş kəsdilər və Yusufun paltarını qana batırdılar. Yəqub bu xəbəri eşidəndə paltarını cırdı və əvəzində qara bir libas geyinib oğlu üçün uzun müddət yas saxladı.

İfadələrin bu yanlışlığı onların hadisəni səhv təsəvvür etmələrinin nəticəsidir.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin