"Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: “(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!" – dedi" (əl-Bəqərə: 31). Həsən əl-Bəsri deyir: "Allah Adəmi yaratmaq istəyəndə mələklər dedilər ki, Rəbbimiz hansı məxluqu yaratsa biz yenə də o məxluqdan çox biləcəyik. Onlar bu sözlərinə görə belə imtahana çəkildilər". Ayədəki “(İddianızda) doğrusunuzsa..." – sözü bunun təsdiqidir.6
Mələklər dedilər: "Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sənsən, hikmət sahibi Sənsən." (əl-Bəqərə: 32). Yəni, ey nöqsanlardan uzaq olan Rəbbimiz! Sən öyrətmədikcə heç kəs Sənin elmindən agah ola bilməz. Ayələrin birində deyilir: "... Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər..." (əl-Bəqərə: 255).
Dostları ilə paylaş: |