Rəhman və Rəhim olan Allahın adı ilə


«25. Hər ikisi qapıya tərəf cumdu. Onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında ağası



Yüklə 3,81 Mb.
səhifə245/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   241   242   243   244   245   246   247   248   ...   532
«25. Hər ikisi qapıya tərəf cumdu. Onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında ağası (əri) ilə rastlaşdılar. (Qadın) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!”» Yusuf qadından xilas olmaq üçün qapıya tərəf qaçdı, qadın da onun ardınca düşdü. Bu anda qapının önündə Əzizlə rastlaşdılar. Qadın dərhal sözə başladı və ərini Yusufa qarşı qızışdırmağa başladı və dedi: «(Qadın) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!» Qadın özü müttəhim olduğu halda, Yusufu ittiham edir, namusunu pak tuturdu. Buna görə Yusuf belə deyirdi: «“O məni tovlayıb yoldan çıxartmaq istədi!”» Ehtiyac olduğu üçün Yusuf haqqı deməli idi. «Bir şahid237 belə şəhadət verdi: “Əgər köynəyi öndən cırılmışsa, (qadın) doğru deyir, o isə yalançılardandır.» Əgər Yusuf qadına təcavüz etsəydi o zaman qadın onu itələyəndə köynəyinin yaxasını cırardı. «27. Yox, əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o (Yusuf) isə doğru danışanlardandır.» Əgər köynəyi arxadan cırılıbsa demək Yusuf qadından qaçıb, qadın da onun arxasınca düşüb ondan yapışıb və köynəyi cırılıb.

Bu belə də olmuşdu. Ona görə Uca Allah buyurur: «28. (Qadının əri Yusufun) köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Bu siz qadınların məkrlərindəndir. Doğrudan da, sizin məkriniz böyükdür!”» Bu baş verənlər sənin hiyləndir. Sən onu tovlamağa cəhd etmisən. İndi isə nahaq yerə onu ittiham edirsən.

Əziz arvadını bağışladı və dedi: «29. Ey Yusuf! Sən bu işi açıb ağartma.» Yəni bu barədə heç kəsə danışma. Çünki belə işlərin gizli saxlanılması daha münasib və daha yaxşıdır. Əziz öz arvadına etdiyi günaha görə Rəbbindən bağışlanma diləməsini və tövbə etməsini əmr etdi. Əgər bəndə etdiklərinə görə Allaha tövbə edərsə, Allah da onun tövbəsini qəbul edər. Misir camaatı bütlərə ibadət etsələr də onlar bilirdilər ki, günahları bağışlayan və günahlara görə əzab verən, heç bir şəriki olmayan Allahdır. Ona görə əri ona bu cürə demişdi.

Bir yandan da arvadını üzürlü hesab edirdi. Çünki o, səbr edə bilməyəcəyi bir şey (Yusufun gözəlliyini) görmüşdü. Əslində onun arvadı namuslu bir qadın idi. O ləkəli deyildi, pak idi. Buna görə ona belə demişdi: «Sən də (ey qadın) günahına görə (Allahdan) bağışlanmanı dilə. Çünki sən, həqiqətən, günah edənlərdənsən.»




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin