Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə248/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   244   245   246   247   248   249   250   251   ...   532
«31. (O, qadınların) gizli dedi-qodularını eşitdikdə» O üzürlü olduğu halda, şəhər qadınlarının onu qınadıqlarını, təhqiramiz ifadələr işlətdiklərini, öz köləsini sevdiyinə görə onu ayıbladıqlarını eşitdikdə, özünün bu işə necə düşməsinin səbəbini və bu oğlanın digərləri kimi olmadığını onlara çatdırmaq qərarına gəldi. O qadınları evinə ziyafətə dəvət etdi. Hamı onun evində toplaşdı. Onlara özlərinə layiq bir qonaqlıq hazırladı. O cümlədən süfrəyə bıçaq ilə doğranacaq portağal kimi bir qida gətirdi. Doğramaq üçün hərəsinə bir bıçaq da verdi. Gəncliyinin ən zərif anlarını yaşayan Yusufu isə ən gözəl libasla geyindirmişdi. Bu zaman ona qadınların yanına daxil olmağı əmr etdi. Bədrlənmiş aydan da gözəl Yusuf onların yanında görsəndi. «(Qadınlar Yusufu) gördükdə onu həddindən artıq təriflədilər» onu təzim etdilər, ona hörmətləri artdı, adəm övladının bu qədər gözəl ola biləcəyini heç zənn etməmişdilər. Onlar bu gözəlliyə heyran qaldılar. Onlar o qədər valeh oldular ki, heç bir ağrı hiss etmədən əllərindəki bıçaqla barmaqlarını kəsdilər. «Onlar: “Aman Allah! Bu ki, bəşər deyildir. Bu ancaq (Allah yanında) möhtərəm (əziz) olan bir mələkdir!” – dedilər.» Muhəmməd Peyğəmbərin  İsra və Meracı haqqında danışılan hədisdə deyilir: "Sonra mən Yusufla qarşılaşdım. Ona gözəlliyin yarısı verilmişdi."238 Suheyli və digər alimlər deyirlər: "Hədisin mənası budur ki, Yusufa Adəmin gözəlliyinin yarısı verilmişdi. Çünki Uca Allah Adəmi Öz əli ilə yaradıb və ona Öz yaratdığı ruhundan üfürüb. Ona görə o misilsiz bəşər gözəlliyində idi. Buna görə də Cənnət əhli Adəmin uzunluğunda və gözəlliyində Cənnətə daxil olacaqlar. Yusuf isə Adəmin gözəlliyinin yarısına sahib idi. Onların ikisi arasında onlardan gözəli olmamışdı. Həmçinin Həvvadan sonra İbrahimin arvadı Saradan başqa ona oxşayan heç bir qadın olmamışdır."

Ziyafətdəki qadınların əllərini bıçaqla doğramaları, Yusufun gözəlliyinə heyran olmaları və bundan dəhşətə gəlmələri hamıya aydın oldu. Əzizin arvadının öz köləsini sevməsinin səbəbi hər kəsə aşkar olduqda o «Belə dedi: “Bu, məni qınadığınız (oğlandır)Daha sonra Yusufun necə iffətli olmasını deməklə onu təriflədi: «Mən onun olmaq istədim, o isə imtina etdi. (Bir daha deyirəm) əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!”» Elə bil bütün qadınlar Yusufu öz ağasına tabe olmağa təhrik edirdilər. Amma o qəti şəkildə imtina edir, uzaq dururdu. Axı o peyğəmbərlər sülaləsindən idi. O aləmlərin Rəbbinə dua edib dedi: «33. (Yusuf) dedi: “Ey Rəbbim! Mənim üçün zindan, bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”». Əgər Sən mənə kömək olmayıb məni öz nəfsimin öhdəsinə buraxsan, mən öz nəfsim qarşısında aciz və zəif qalaram. Mən Allahın istəyi olmadan öz nəfsimə nə bir xeyir, nə də bir zərər toxundura bilmərəm. Sən mənə güc vermədikcə, məni qorumadıqca, məsum etmədikcə, gücün və qüvvətinlə məni əhatənə almadıqca mən zəifəm. «34. Rəbbi (Yusufun) duasını qəbul buyurub (qadınların) hiyləsindən qurtardı. Həqiqətən, O, (hər şeyi) eşidəndir, biləndir!»




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin