Rəhman və Rəhim olan Allahın adı ilə


YUSUFUN  ZİNDANA DÜŞMƏSİ



Yüklə 3,81 Mb.
səhifə249/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   245   246   247   248   249   250   251   252   ...   532
YUSUFUN  ZİNDANA DÜŞMƏSİ
35. (Vəzir və ailəsi Yusufun günahsız olduğunu sübut edən) dəlilləri gördükləri halda, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər.

36. Onunla birlikdə iki cavan oğlan da zindana atıldı. Onlardan biri dedi: “Mən (yuxuda) gördüm ki, şərab (üçün üzüm) sıxıram”. Digəri isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!”

37. (Yusuf) belə cavab verdi: “Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!

38. Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu (tövhid) Allahın bizə və (bütün) insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti (Ona) şükür etməz!

39. Ey mənim iki zindan yoldaşım! Ayrı-ayrı İlahlar daha yaxşıdır, yoxsa bir olan, qadir olan Allah?!


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin