Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə25/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   21   22   23   24   25   26   27   28   ...   532
"(Sonra) O: “Ey Adəm, bunların (kainatda mövcud olan əşya­ların) adlarını onlara bildir!" – dedi. (Adəm) onlara (mələk­lə­rə) bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində – aşkarda nə et­di­yinizi bilirəm, söyləmədimmi?” – buyurdu." (əl-Bəqərə: 33). Ey qullarım! Aşkarı bildiyim kimi gizlini də elə bilirəm.

"Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu" (əl-Bəqərə: 34). Uca Allah Adəmi Öz əli ilə yaratmaqla və ona Öz dərgahından ruh üfür­məklə böyük lütfkarlıq göstərmişdir. "Mən ona surət verib Ruhum­dan7 üfürdüyüm zaman siz ona səcdə edin!" (əl-Hicr: 29). Bura­da dörd lütfkarlıq nümunəsi vardır: Öz əli ilə yaratmaq, Ruhun­dan üfürmək, mələklərə səcdə etmələrini əmr etmək və əşya­ların adlarını öyrətmək.

Buna görə Musa ilə Adəm yüksək məqamda mübahisə edər­kən Musa ona demişdi: "Sən bəşəriyyətin atası Adəmsən. Allah sə­ni Öz əli ilə yaradıb, Sənə Öz Ruhundan üfürüb, Mələklərini sənə səc­də etdirib və hər şeyin adını sənə öyrədib".8

Qiyamət günü Məhşər əhalisi də ona eyni sözləri deyəcəklər. 9


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin