«42. (Yusuf) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni də yada sal!” Lakin Şeytan ona ağasının yanında (Yusufu) yada salmağı unutdurdu və buna görə də o (Yusuf) bir neçə il zindanda qaldı.» (Yusuf: 42).
Uca Allah bildirir ki, Yusuf nicat tapacağını yəqin etdiyi kimsəyə, yəni saqiyə deyir ki, «Ağanın yanında məni də yada sal!». Şahın yanında olarkən mənim heç bir günahım olmadan zindanda olduğumu ona de.
Bu hadisə göstərir ki, çıxış yolu kimi səbəblərdən istifadə etmək olar. Bu aləmlərin Rəbbinə edilən təvəkkülə zidd deyil.
Dostları ilə paylaş: |