«Lakin Şeytan ona ağasının yanında (Yusufu) yada salmağı unutdurdu» Şeytan nicat tapan adama Yusufun tövsiyəsini xatırlamağı unutdurdu. Bunu Mucahid, Muhəmməd ibn İshaq və qeyriləri deyiblər və bu daha doğrudur. Kitab əhlinin mənbələrində də belə deyilir.
«və buna görə də o (Yusuf) bir neçə il zindanda qaldı.» Bir neçə il (ərəb. Bid`ə sinin) üçdən doqquza qədərdir. Bəziləri bunu yeddiyə, bəziləri beşə qədər hesablayırlar. Bəziləri isə deyirlər ki, bu ondan aşağı olan rəqəmlərlə birlikdə işlədilə bilər. Bunu Sələbi adlı alim demişdir.
Fərra adlı alim isə bu ifadəni (ərəb. Bid`ə sinin) ondan aşağı saylarda işlədilmədiyini deyib. Bunun əvəzində (ərəb. Nəyyif) ifadəsi işlədilir. Uca Allah buyurur: «və buna görə də o (Yusuf) bir neçə il zindanda qaldı.»
Amma Uca Allah başqa ayədə belə deyir: «Bir neçə ilin içində.» (ər-Rum: 4). Bu ayə onun dediyinə qarşıdır241.
Fərra deyir: "Ondan doxsana qədər olan onluqlardan sonra "Bid`un" ifadəsini işlətmək olar. Yüzdən və ya mindən sonra bu ifadəni işlətmək olmaz".
Cövhəri242 isə ondan sonra bu ifadənin deyilməsinə icazə verib, iyirmidən doxsana qədər olan onluqlardan sonra bunun deyilməsini qadağan etmişdir.
"İki Səhih" əsərində rəvayət olunan hədisdə isə belə deyilir: "İman altmış və bir neçə (digər rəvayətdə: yetmiş və bir neçə) hissədən ibarətdir. Bunun ən üstünü "Lə iləhə illəllah" kəlməsi, ən aşağı dərəcəsi isə əziyyət verən bir şeyi yoldan kənarlaşdırmaqdır"243.
Dostları ilə paylaş: |