Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə257/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   253   254   255   256   257   258   259   260   ...   532
52. “Bu ona görədir ki, (vəzir evdə) olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini (onları baş tutmağa qoymadığını) bilsin!

53. Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”» (Yusuf: 50-53).

Padşah Yusufun elminin kamilliyini, dərrakə və düşüncəsini gördükdə onun hüzuruna gətirilməsini tələb etdi. Padşah onu özünün əyanlarından etmək istəyirdi. Padşahın elçisi Yusufun yanına gəldikdə o özünün zülm və haqsızlıqla həbs edildiyini, ona böhtan atılan ləkədən pak olduğunu hər kəsə bildirmək üçün dedi: «Ağanın» yəni padşahın «yanına qayıdıb soruş ki, əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların məkrini biləndir!» Bəziləri deyirlər ki, bunun mənası odur ki, ağam Əziz mənə nisbət olunan işdə mənim pak olduğumu bilir. Sən get padşaha de, qoy o qadınlardan soruşsun ki, onlar məni pis işə təşviq edəndə mən necə qətiyyətlə o çirkin işdən imtina etmişdim.

Qadınlar bu haqda soruşulanda baş verənləri etiraf etdilər və Yusufun gözəl davranışını qeyd etdilər. «Allah eləməsin! Biz onun barəsində pis bir şey bilmirik!» Bu zaman Əzizin arvadı Züleyxa dedi: «Artıq indi həqiqət bəlli oldu.» Həqiqətə boyun əymək gərəkir. «Yusufu tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, şübhəsiz, doğru danışanlardandır!» Onun dedikləri doğrudur. O bu işdə pakdır və məni tovlamağa da cəhd etməyib. Bu müddət ərzində o haqsızcasına, böhtan və yalan əsasında həbs olunmuşdur.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin