Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə258/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   254   255   256   257   258   259   260   261   ...   532
«52. “Bu ona görədir ki, (vəzir evdə) olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini (onları baş tutmağa qoymadığını) bilsin!» Bu sözlərin Yusufa aid olduğu deyilir. Yəni mənim bu məsələni dəqiqləşdirməkdə məqsədim budur ki, qoy Əziz bilsin ki, o evdə olmadıqda mən ona xəyanət etməmişəm. Bəziləri isə deyirlər ki, bu Züleyxanın sözünün davamıdır. Yəni mən bunu etiraf edirəm ki, qoy ərim bilsin ki, mən bu işdə ona xəyanət etməmişəm. Bu, tovlamağa cəhd idi, amma aramızda əxlaqsız heç bir münasibət olmamışdı.

Son əsrlərin əksər elm adamları ikinci fikri dəstəkləyirlər. Amma İbn Cərir ət-Təbəri və İbn Əbu Hatim yalnız birinci rəyi qeyd etməklə kifayətləniblər245.



«53. Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!» Bu sözlərin Yusufa aid olduğu deyilir. Bəziləri isə deyirlər ki, bu sözlər Züleyxaya aiddir. Az öncə deyilən iki rəyə görə belə deyiblər. Amma bu sözlərin Züleyxanın sözlərindən olmasını demək daha münasib, daha aşkar və tutarlıdır. Doğrusunu bilən Allahdır.

SİDDİQ YUSUF  PADŞAHIN SARAYINDA



Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin