Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə269/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   265   266   267   268   269   270   271   272   ...   532
77. (Qardaşlar) dedilər: “Əgər o (Binyamin) oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da (Yusuf da) oğurluq etmişdi. Yusuf bu sözü ürəyində saxlayıb onlara açmadı və dedi: “Siz (Allah yanında ondan) daha pis bir mövqedəsiniz. Allah sizin (mənə və qardaşıma yalandan) aid etdiyiniz şeyləri daha yaxşı bilir!”

78. (Qardaşlar) dedilər: “Ey vəzir! Bunun çox qoca bir atası vardır. Onun yerinə bizim birimizi tutub saxla. Biz sənin yaxşılıq edən adamlardan olduğunu görürük”.

79. (Yusuf) belə cavab verdi: “Allah eləməsin! Malımızı kimdə tapmışıqsa, yalnız onu tutub saxlayacağıq. Yoxsa, sözsüz ki, haqsızlıq etmiş olarıq!”» (Yusuf: 69-79).

Uca Allah bu ayələrdə qardaşların Binyamini doğma qardaşı Yusufun yanına gətirdiklərini və bu zaman baş verənləri xəbər verir. Yusuf qardaşına sığınacaq vermiş, qardaşı olduğunu gizlincə ona bildirmiş və bunu sirr saxlamağı tapşırmış, qardaşlarının ona qarşı olan pis davranışlarına görə təsəlli vermişdi.

Yusuf qardaşını öz yanında saxlamaq üçün hiylə qurdu. Köməkçilərinə tapşırdı ki, su içmək və ərzaq çəkmək üçün istifadə etdikləri qabı gizlicə qardaşı Binyaminin yükünün arasına qoysunlar. Az keçmişdi ki, carçı haray çəkərək dedi: "Siz padşahın piyaləsini oğurlamısınız. O bu qabı tapana bir dəvə yükü ərzaq verməyi vəd edir." Carçı bu mükafata zamin durduğunu bildirdi.

Qardaşlar onları ittiham edən carçıya tərəf çevrilib dedilər: «73. (Yəqubun oğlanları) dedilər: “Allaha and olsun! Siz də yəqin bilirsiniz ki, biz bu yerə (Misir torpağına) fitnə-fəsad salmaq üçün gəlməmişik və biz oğru da deyilik!”» Siz də bilirsiniz ki, biz ittiham olunduğumuz kimi oğru deyilik.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin