«Dərd-qəmdən (həmişə ağlamaqdan Yəqubun) gözlərinə ağ gəldi. O, içində çəkirdi.» övladını itirdiyinə görə dərd çəkir, Yusufun həsrətindən bütün dərdini içində çəkirdi.
Oğlanları onun bu ayrılıq həsrətini görüb şəfqət və mərhəmət hissi ilə atalarına dedilər: «85. “Allaha and olsun ki, sən Yusuf deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!”» Sən elə hey Yusufu fikirləşirsən amma bu səni zəiflədir, gücdən salır. Bir qədər də özünü düşünsən daha yaxşı olar.
«86. (Yəqub) belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!» Övladlarına deyirdi ki, mən nə sizə, nə də başqa bir adama dərdimi deyib şikayətlənmirəm. Mən öz dərd-sərimi ancaq Allaha deyirəm. Mən bilirəm ki, Allah mənim bu halıma bir çıxış yolu əta edəcəkdir. Mən bilirəm ki, Yusufun yuxusu mütləq gerçəkləşəcəkdir. Mən bilirəm ki, həm mən, həm də siz mütləq ona təzim edəcəyik. O bunları bildiyi üçün belə deyirdi: «Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!»
Sonra o oğullarına Yusufu və qardaşı Binyamini axtarmaq barədə tapşırıq verib dedi: «87. Oğullarım! Gedin Yusufdan və qardaşından (Binyamindən) bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”» Qarşılaşdığınız çətinlikdən sonra çıxış yolunun olmasından ümidinizi kəsməyin. Həqiqətən Allahın mərhəmətindən yalnız kafirlər ümidini kəsər.
Dostları ilə paylaş: |