Rəhman və Rəhim olan Allahın adı ilə


«91. Onlar: “Allaha and olsun ki, Allah səni bizdən ustün etmişdir.»



Yüklə 3,81 Mb.
səhifə278/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   274   275   276   277   278   279   280   281   ...   532
«91. Onlar: “Allaha and olsun ki, Allah səni bizdən ustün etmişdir.» Səni daha üstün etmiş və bizə vermədiyini sənə əta etmişdir. «Biz isə (sənin barəndə), sözsüz ki, günah etmişik!”» sənə qarşı etdiklərimizə görə günahkarıq. Budur sənin hüzurundayıq. «92. (Yusuf) dedi: “Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur.» bu gündən sonra sizə əvvəllər etdiyiniz işlərə görə tərəfimdən heç bir sıxıntı olmayacaq. Mən ancaq onu deyə bilərəm ki, «Allah sizi bağışlasın! Çünki O, rəhm edələrin ən rəhmlisidir!» Ayənin aşağıdakı kimi açıqlanması səhvdir, əvvəldə dediyimiz açıqlama daha doğrudur. «92. (Yusuf) dedi: “Sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Bu gün Allah sizi bağışlasın...» yəni ayədəki vəqfin (nöqtənin) yerini dəyişməklə mənası dəyişir. Əgər biz nöqtəni «məzəmmət yoxdur.» cümləsindən sonra qoyub «Bu gün Allah sizi bağışlasın...» desək, o zaman məna fərqli olacaq. Bu fikir zəifdir. Daha doğrusu əvvəldə deyilən kimidir.

Sonra Yusuf köynəyini çıxarıb onlara verdi ki, onu atasının gözlərinin üstünə qoysunlar. Belə olan halda Allahın izni ilə onun itirilmiş görmə qabiliyyəti bərpa olunacaqdır. Bu, peyğəmbərliyin əlamətlərindən və möcüzələrdən hesab olunur.

Sonra ailələri ilə birlikdə köçüb Misir torpaqlarına gəlmələrini tapşırdı. Bu onlar üçün xeyir və rahatlıq, ayrılıqdan sonra ən güclü bağlantılarla bağlanmış birlik idi.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin