98. (Yəqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!”» (Yusuf: 94-98).
Əbdür-Rəzzaq250 İbn Abbasın bu ayə haqqında belə dediyini rəvayət edir: «94. Karvan (vətənə qayıtmaq üçün Misirdən) ayrılanda.» Karvan çıxanda külək əsdi. Yəquba Yusufun köynəyinin qoxusunu gətirdi. O zaman o belə dedi: «“Əgər məni səfeh hesab etməsəydiniz (və ya yalançı hesab edib danlamasaydınız), deyərdim ki, Yusufun ətrini alıram!”» O bu iyi səkkiz günlük məsafədən duyurdu. Həsən əl-Bəsri və İbn Cureyc əl-Məkki deyirlər: "Onların arasında səksən "fərsəx"251 məsafə var idi. O, ondan ayrılanda səksən yaşı var idi." «“Əgər məni səfeh hesab etməsəydiniz» Bu sözləri yaşımın çox olması ilə əlaqədar deməyimi, sayıqladığımı deməsəydiniz bunu sizə deyərdim.
İbn Abbas , Əta, Mucahid, Səid ibn Cubeyr və Qatədə ayənin «səfeh hesab etməsəydiniz!» mənasını daşıdığını deyiblər: Mucahid və Həsən əl-Bəsri isə «yaşlanıb sayıqlayır deməsəydiniz» – mənası ilə açıqlayıblar.
Dostları ilə paylaş: |