«95. Onlar: “Allaha and olsun ki, sən yenə öz köhnə yanlışlığında (şaşqınlığında) qalmaqdasan!”» Qatadə və Suddi deyiblər: "Onlar atalarına kobud söz dedilər."
Uca Allah buyurur: «96. Muştuluqçu gəlib köynəyi (Yəqubun) üzünə sürtən kimi onun gözləri açıldı» Sadəcə olaraq köynəyi Yəqubun üzünə atmaqla onun tutulmuş gözləri görməyə başladı. Bu zaman o öz övladlarına dedi: «“Məgər sizə demədimmi ki, mən Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!”» Mən bilirdim ki, Allah məni Yusufa qovuşduracaq, məni onunla sevindirəcək, xoşladığım işləri onun simasında mənə göstərəcəkdir.
Bu məqamda övladları atalarına dedilər: «97. “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!”» Atalarına və Yusufa etdiklərinə görə, onlar üçün Allahdan bağışlanma diləməsini xahiş edirlər. Əslində onlar nəzərdə tutduqları işi görmədən öncə tövbə etmək istəyirdilər. Amma Allah onları etdikləri əməldən dərhal sonra bağışlanma diləməyə müvəffəq etdi.
Ataları onların istəyini qəbul etdi və dedi: «98. “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!”» İbn Məsud, İbrahim ət-Təymi, Amr ibn Qeys, İbn Cureyc və başqaları deyirlər: "Onları səhərə qədər gözlətdi."
"İki Səhih" əsərdə Peyğəmbərin belə dediyi rəvayət olunur: "Hər gecə Rəbbimiz səmanın alt qatına enir və deyir: Tövbə edən varmı onun tövbəsini qəbul edim! İstəyən varmı onun istədiyini verim! Bağışlanma diləyən varmı onu bağışlayım!"252
Dostları ilə paylaş: |