BİRLİYİN BAŞ TUTMASI VƏ YUXUNUN YOZUMU 99. (Yəqub və ailəsi) Yusufun hüzuruna daxil olduqda, ata-anası onu bağrına basdı və o dedi: “İnşallah (hər şeydən) əmin olaraq Misirə daxil olun!” dedi.
100. (Yusuf) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Yusuf) dedi: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən (yanıma)gətirdi (bizi bir-birimizə qovuşdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır. O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!”