Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə288/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   284   285   286   287   288   289   290   291   ...   532
133. (Ey yəhudilər!) Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” – deyə oğlanlarından soruşduğu zaman, onlar: “Sənin Allahına və ataların – İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq (Ona ibadət edəcəyik)!”- dedilər. (əl-Bəqərə: 133).

Övladlarına ixlaslı (səmimiyyətli) olmağı, bütün peyğəmbərlərə göndərilmiş İslam dininə riayət etməyi tövsiyə edir. Onlara Allahın salamı olsun.


YUSUFUN  VƏFATI
Sonra Yusufun vəfat vaxtı gəldi. O, yaxınlarına vəsiyyət etdi ki, Misirdən çıxanda onu da özləri ilə aparıb atalarının yanında basdırsınlar. O vəfat etdi və Misirdə dəfn olundu. Sonra Musa Misirdən çıxanda onu özü ilə aparıb atalarının yanında dəfn etdi. Bu haqda qarşıda danışacağıq257.

 


 

ƏYYUB PEYĞƏMBƏR


a ha çox yayılmış fikirə görə o İbrahimin nəslindəndir. Biz bu məlumatı bu ayənin açıqlamasında da təsdiq etmişdik. «...onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq.» (əl-Ənam: 84). Burada şəxs əvəzliyinin Nuha deyil, İbrahimə aid olmasını demək daha doğrudur.

Nisa surəsində deyilir ki, o, vəhy verilən peyğəmbərlərdən idi. Uca Allah buyurur: «163. (Ey Rəsulum!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy göndərdik...» (ən-Nisa: 163).

Doğru fikir budur ki, o əl-İys ibn İshaqın nəslindəndir. Ona görə də onu bu qismin altında qeyd edirik. Onun hekayəsindən sonra inşallah Bənu İsrailin digər peyğəmbərlərinin hekayələrini qeyd edəcəyik. Ümid və təvəkkül yalnız Allahadır.

ƏYYUBUN  QURANİ-KƏRİMDƏ HEKAYƏSİ


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin