Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə291/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   287   288   289   290   291   292   293   294   ...   532
«Ayağınla (yerə) vur!» O bu əmrə itaət edib deyiləni etdi. Uca Allah orada soyuq suyu olan bir bulaq qaynatdı, onun suyunda çimməyini və ondan içməyini əmr etdi. Bununla Allah onun ağrılarını, zahiri və daxili narahatçılıqlarını, xəstəliklərini təmizlədi. Bütün bunlardan sonra Uca Allah ona zahiri və daxili sağlam bədən, çox gözəl sima, bol-bol mal-dövlət verdi. Hətta onun üçün qızıl çəyirtkəni yağış kimi yağdırdı. Allah onun ailəsini yenidən qaytardı. Uca Allah buyurur: «(həlak olmuş) övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik.» (əl-Ənbiya: 84). Deyilənə görə Allah təala həmin adamları yenidən diriltmişdi. Bəziləri isə deyirlər ki, ölənlərə görə ona savab, dünyada isə əvəzində yenilərini verdi. Onların hamısını axirətdə bir ümmət etdi. «Dərgahımızdan (Əyyuba) bir rəhmət» (əl-Ənbiya: 84), yəni çətinliyi ondan uzaqlaşdırdıq, bəladan qurtardıq. Bu bizim ona qarşı olan mərhəmətimiz və yaxşılığımız idi. «və (Allaha) ibadət edənlərə ibrət dərsi (öyüd-nəsihət) olsun deyə(əl-Ənbiya: 84). Bu hadisə bədənində hər hansı xəstəliyə düçar olmuş, malını və ya övladını itirmiş adamlar üçün ibrət dərsidir. Allahın peyğəmbəri Əyyub belələri üçün nümunədir. Çünki Allah onu daha böyük bəlaya düçar etmiş, o isə Allahın xilası gələnə qədər səbr edib, savab ummuşdu.

Kim bu ayədən onun arvadının adının "Rəhmət" olduğunu başa düşübsə o çox uzaq düşüncəyə qapanıb.

Bu hadisədən sonra Əyyub hənif dinində olub yetmiş il Roma torpaqlarında yaşadı. Ondan sonra İbrahimin dinini təhrif etdilər.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin