Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə293/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   289   290   291   292   293   294   295   296   ...   532
85. (Ey Rəsulum!) İsmaili, İdrisi və Zülkifli də (yad et)! Onların hər biri səbr edən kimsələrdən idi.

86. Biz onları mərhəmətimizə qovuşdurduq (peyğəmbər etdik). Onlar, doğrudan da, saleh bəndələrdən idilər.» (əl-Ənbiya: 85-86).

Həmçinin Sad surəsində Əyyub peyğəmbər haqqında xəbər verildikdən sonra buyurulur:



45. (Ey Rəsulum!) Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et!

46. Biz yurdu (axirət yurdunu) anmaq xislətini onlara məxsus elədik.

47. Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər!

48. (Ey Peyğəmbər!) İsmaili, əl-Yəsəi və Zülkifli də xatırla! Onların hamısı seçilmiş, ən yaxşı kimsələrdəndir! (Sad: 45-48).

Qurani-Əzimdə onun adının peyğəmbərlərlə birlikdə çəkilib təriflənməsi bildirir ki, o da peyğəmbər olub. Ona Allahın salavatı və salamı olsun. Bu daha çox yayılmış fikirdir.

KÜTLƏVİLİKLƏ MƏHV EDİLƏN ÜMMƏTLƏR HAQQINDA
Bu hadisələr Tövrat kitabı göndərilməmişdən əvvəl baş vermişdi. Uca Allah buyurur:

43. Əvvəlki nəsilləri məhv etdikdən sonra insanlara bir nur, doğru yolu göstərən rəhbər və rəhmət olaraq Musaya Kitab verdik ki, bəlkə, (onun vasitəsilə) öyüd-nəsihət qəbul etsinlər. (əl-Qasas: 43).

Əbu Səid əl-Xudri  deyir: "Uca Allah yer üzünə Tövratı göndərəndən sonra, əhalisi meymuna döndərilmiş bir kənddən savayı heç bir ümməti nə göydən, nə də yerdən gələn əzabla kütləvi həlak etməmişdir." Uca Allah buyurur: «43. Əvvəlki nəsilləri məhv etdikdən sonra ... Musaya Kitab verdik...» (əl-Qasas: 43).

Bəzzar266 bunu rəvayətlərinin birində mərfu olaraq nəql etmişdir. Daha doğrusunu Allah bilir, lakin bu rəvayətin movquf olmasını demək daha münasibdir.

Bu sübutlara əsasən demək olar ki, Musadan əvvəlki ümmətlər kütləviliklə məhv edilmişlər. Həmin ümmətlərdən aşağıdakıları qeyd etmək olar: Ər-Rəss və Yasin qövmü.

ƏR-RƏSS ƏHLİ
Uca Allah əl-Furqan surəsində buyurur:

38. Biz Adı da, Səmudu da, Rəss əhlini də, həmçinin onların arasında olan bir çox nəsilləri də (yerlə yeksan etdik).

39. Biz onların hər biri üçün cürbəcür məsəllər çəkdik, onları yerli-dibli yox etdik. (əl-Furqan: 38-39).
Uca Allah Qaf surəsində isə belə buyurur:


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin