15. “Siz də bizim kimi ancaq adi bir insansınız. Rəhman (sizə) heç bir şey (kitab, möcüzə) nazil etməmişdir. Siz sadəcə olaraq yalan danışırsınız!” – dedilər.
16. (Elçilər) dedilər: “Rəbbimiz bizim, doğrudan da, sizə göndərilmiş elçilər olduğumuzu bilir.
17. Bizim vəzifəmiz yalnız açıq-aşkar təbliğ etməkdir!”
18. Dedilər: “Biz sizdə bir nəhslik gördük. Həqiqətən, əgər əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq bir şiddətli əzab toxunacaqdır”.
19. (Elçilər) dedilər: “Sizin nəhsliyiniz (uğursuzluğunuz) öz ucbatınızdandır (öz küfrünüz üzündəndir). Məgər sizə öyüd-nəsihət verildikdə (onu uğursuzluğa, nəhsliyəmi yozursunuz)! Xeyr, siz (günah etməkdə) həddi aşan bir camaatsınız!”
20. Şəhərin ən ucqar tərəfindən (abid) bir kişi çaparaq gəlib dedi: “Ey qövmüm! Elçilərə tabe olun!