Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə297/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   293   294   295   296   297   298   299   300   ...   532
29. (Onların cəzası) ancaq dəhşətli (tükürpədici) bir səs (Cəbrailin qışqırtısı) oldu. Dərhal məhv olub (şam kimi sönüb) getdilər.» (Yasin: 13-29).

Qədim və müasir sələfilərin çoxu bu şəhərin Antakiya olduğunu deyirlər. Amma bu çox zəif rəydir. Çünki İsa Məsih üç nəfər həvarisini Antakiyaya göndərəndə o zaman oranın əhalisi Məsihə iman gətirən birinci şəhər olmuşdu. Buna görə ora xaçpərəstlərin patriarxlarının formalaşdığı dörd şəhərdən biridir. Həmin şəhərlər aşağıdakılardır: Antakiya, Qüds, İskəndəriyyə, Roma və daha sonra Konstantinopol. Bu şəhərlərin əhalisi məhv edilməmişdi. Amma Qurani-Kərimdə adı çəkilən şəhərin əhalisi isə məhv edilmişdi. Hekayənin sonunda onların haqq elçiləri öldürdükdən sonra həlak olmaları haqqında belə deyilir. «29. (Onların cəzası) ancaq dəhşətli (tükürpədici) bir səs oldu. Dərhal məhv olub (şam kimi sönüb) getdilər.» (Yasin: 29).

Amma belə də ola bilər ki, Uca Allah deyilən üç peyğəmbəri Antakiya əhalisinə rəsul göndərmiş, əhali isə onları yalançı hesab etmişlər. Allah da onları həlak etmişdir. Sonra yenidən eyni adlı şəhər salınmışdır. Məsihin vaxtında isə onun göndərdiyi elçilərə iman gətirdilər. Bu ehtimal oluna bilər. Daha doğrusunu Allah bilir.

Amma Qurani-Kərimdə danışılan bu hekayənin Məsihin göndərdiyi elçilər haqqında olmasını demək əsassızdır. Səbəb əvvəldə qeyd etdiyimiz açıqlamadır. Qurani-Kərimin zahiri mənası da göstərir ki, bu elçilər Allah tərəfindən göndərilmişdilər.



Uca Allah buyurur: «13. Sən onlara o şəhər əhlini misal çək!» Ey Muhəmməd , öz qövmün üçün bu şəhər əhalisini misal çək. «O zaman ki, onlara elçilər gəlmişdi. 14. O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər. Biz də (o iki elçini) üçüncüsü ilə qüvvətləndirmişdik.» Onlara dəstək olsun deyə üçüncü elçini də göndərmişdik. «Onlar dedilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik!”» Camaat onlara etiraz edir və deyirdi: "Siz də bizim kimi bəşərsiniz." Bu, kafir ümmətlərin peyğəmbərlərinə dedikləri məşhur sözlərdəndir. Onlar Uca Allahın bəşərdən peyğəmbər göndərdiyini qəbul etmirdilər. Elçilər isə camaata deyirdilər: "Allah bilir ki, biz Onun sizə göndərdiyi elçilərik. Əgər biz Onun adından yalan danışsaydıq, O, bizi cəzalandırar və şiddətli intiqam alardı." «17. Bizim vəzifəmiz yalnız açıq-aşkar təbliğ etməkdir!”» Bizim vəzifəmiz yalnız sizə çatdırılması tapşırılan məlumatları sizə çatdırmaqdır. İstədiyini doğru yola yönəldən, istədiyini də haqqdan məhrum edən yalnız Allahdır. «18. Dedilər: “Biz sizdə bir nəhslik gördük.» Sizdən uğursuzluq gözləyirik. «Həqiqətən, əgər əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik» Bunu sözümüzlə, yaxud əməlimizlə göstərəcəyik. Birinci mənanı dəstəkləyən ayə budur: «və bizdən sizə mütləq bir şiddətli əzab toxunacaqdır”.» Onları ölümlə hədələyir, təhqir edirdilər. «19. (Elçilər) dedilər: “Sizin nəhsliyiniz öz ucbatınızdandır» Nə nəhs görürsünüzsə özünüzə qayıdır. «Məgər sizə öyüd-nəsihət verildikdə (onu uğursuzluğa, nəhsliyəmi yozursunuz)Biz sizə öyüd-nəsihət verir, haqqı çatdırır və ona dəvət edirik deyəmi bizi ölümlə hədələyir və təhqir edirsiniz?! «Xeyr, siz (günah etməkdə) həddi aşan bir camaatsınız!”» Siz haqqı qəbul etmir, nə də onu istəmirsiniz.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin