YASİN QÖVMÜNÜN MÖMİNLƏRİ
Uca Allah buyurur: «20. Şəhərin ən ucqar tərəfindən (abid) bir kişi» elçilərə kömək etmək və onlara iman gətirdiyini bildirmək üçün «çaparaq gəlib dedi: “Ey qövmüm! Elçilərə tabe olun! 21. Sizdən (haqqa dəvət müqabilində) heç bir muzd (mükafat) istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!» onlar heç bir muzd istəmədən, mənfəət güdmədən sizi sırf haqqa çağırırlar. Sonra o onları heç bir şəriki olmayan tək Allaha ibadət etməyə dəvət etdi. Allahı qoyub, nə bu dünyada, nə də axirətdə heç bir xeyir verməyənlərə ibadət etməkdən çəkindirdi. «24. Belə olacağı təqdirdə» Allaha ibadət etməyi tərk edib Onunla yanaşı başqasına ibadət etsəm o zaman «mən (haqq yoldan) açıq-aşkar azmış olaram.» Sonra isə elçilərə müraciət edərək dedi: «25. Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Məni eşidin!”» Bəziləri deyirlər ki, burada məna belədir: "Mənim dediklərimi dinləyin ki, Allahın hüzurunda buna görə mənim üçün şahidlik edəsiniz." Digər mənaya görə isə belədir: "Ey qövmüm! Mənim Allahın elçilərinə açıq-aşkar iman gətirdiyimi eşidin."
Bu anda onlar onu qətlə yetirdilər.
İbn Abbas deyir: "O bu həyatda olanda qövmünə belə tövsiyə etmişdi: «Ey qövmüm! Elçilərə tabe olun!» ölümündən sonra isə belə deyirdi: «Kaş qövmüm biləydi ki, 27. Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!»"
Qatədə deyir: "Mömin daim nəsihət edən olar, aldatmaz. Ona görə Rəbbinin hörmətini görən bəndə belə demişdi: «Kaş qövmüm biləydi ki, 27. Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!» Allaha and olsun, o istəyirdi ki, qövmü onun qarşılaşdığı İlahi hörməti, naz-neməti görəydi. Qatədə deyir: "Allaha and olsun, Uca Allah onun qətlindən sonra qövmünü heç qınamadı: «29. ancaq dəhşətli bir səs oldu. Dərhal məhv olub getdilər.»".
Dostları ilə paylaş: |