65. Doğrusu, Mənim (mömin) bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması (sənin şərindən və vəsvəsəndən onları qoruması) kifayət edər!”» (əl-İsra: 61-65).
Kəhf surəsində isə belə buyurulur:
«(Ey Rəsulum!) Xatırla ki, bir zaman mələklərə: “Adəmə (təzim məqsədilə) səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O, öz Rəbbinin əmrindən çıxdı...» (əl-Kəhf: 50).
Yəni, o bilərəkdən, inadkarcasına, təkəbbürlüklə Allahın əmrinə tabeçilik göstərməkdən imtina etdi. Onun təbiəti və yaradılış maddəsi ona xəyanət etdi. Axı o, oddan yaradılmışdır. Bunu ötən ayədən və "Səhih Muslimdə" rəvayət olunan hədisdən də görürük. Aişə Peyğəmbərin r belə dediyini rəvayət edir: "Mələklər nurdan, cinlər tüstüsüz oddan, Adəm isə barəsində sizə danışılan maddədən yaradılmışdır".15
Həsən əl-Bəsri deyir: "İblis heç vaxt mələklərdən olmamışdır"16.
Sad surəsində isə deyilir:
Dostları ilə paylaş: |