Rəhman və Rəhim olan Allahın adı ilə


Əgər Rəbbindən ona bir mərhəmət



Yüklə 3,81 Mb.
səhifə302/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   298   299   300   301   302   303   304   305   ...   532
49. Əgər Rəbbindən ona bir mərhəmət (nemət) yetişməsəydi, o, məzəmmət olunaraq quru yerə (səhraya) atılacaqdı.

50. Amma (tövbə etdikdən sonra) Rəbbi onu (Öz bəndələri içərisində) seçdi və salehlərdən etdi. (əl-Qələm: 48-50).

YUNUS PEYĞƏMBƏRİN  QÖVMÜNÜN TÖVBƏ ETMƏSİ
Təfsirçilər deyirlər: "Allah təala Yunusu Movsil vilayətinin Nəynəva adlı yerinin əhalisinə peyğəmbər olaraq göndərdi. O onları Allaha dəvət edir, onlar isə onu təkzib edir, küfr və inadkarlıqlarında israr edirdilər. Bu vəziyyət Yunusa ağır gəldikdə o oradan çıxdı və üç gündən sonra onlara əzab veriləcəyinə dair vəd verdi."

O oradan çıxdıqda insanlar əzabın gələcəyinə inandılar. Belə ki, Uca Allah onların qəlbində tövbə və peşmançılıq hisslərini oyatdı. Onlar öz peyğəmbərlərinə qarşı tutduqları mövqedən peşman oldular. Qara paltar geyinib, ana-bala heyvanları bir-birindən ayırıb, Uca səslə Allaha dua edib yalvardılar. Kişilər, qadınlar, oğlanlar, qızlar və analar ağlayır, mal-qara və bütün heyvanlar böyürürdü. Dəvələr və dəvə balaları nərildəyir, inəklər və buzovlar böyürür, qoyunlar və quzular mələşirdi. Bu çox əzəmətli və qorxulu an idi. Əzabın gəlməsi üçün bütün səbəblər var ikən əzəmətli Allah Öz gücü, qüvvəti, mərhəməti və rəhməti ilə başları üzərində qara bulud kimi dolaşan layiq olduqları əzabı onlardan dəf etdi.

Buna görə Uca Allah buyurur: «98. Əzab gəlməkdə ikən Yunusun ümmətindən başqa iman gətirib imanı özlərinə fayda verə bilən bir məmləkət əhli olubmu? (Yunus: 98). Heç görmüsənmi ki, əvvəlki əsrlərdə hansısa şəhər hamılıqla iman gətirsin?! Bu ayə göstərir ki, belə hal əvvəllər baş verməmişdi. Uca Allah buyurur: «34. Biz hər hansı bir məmləkətə qorxudan bir peyğəmbər göndərdikdə, onun naz-nemət içində yaşayan zəngin başçıları ancaq: “Biz sizinlə göndərilənləri inkar edirik!” – dedilər.» (Səba: 34). Daha sonra Uca Allah buyurur: «(Yunusun ümməti) iman gətirən zaman onları dünyadakı rüsvayçılıq əzabından qurtardıq və onlara bir müddət (ömürlərinin axırınadək) gün-güzəran verdik.» (Yunus: 98). Onlar hamılıqla iman gətirmişdilər.

Təfsir alimləri bu imanın axirətdə onlara fayda verib-verməyəcəyi, dünya əzabından xilas etdiyi kimi axirət əzabından da xilas edəcəyi barədə iki müxtəlif fikir söyləyiblər. Lakin ayənin məzmunundan daha aydın görünür ki, bu iman onlara fayda verəcəkdir. Daha doğrusunu Allah bilir.

Uca Allah buyurur: «İman gətirən zaman» (Yunus: 98). Digər ayədə isə deyilir: «147. Biz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər göndərdik. 148. Nəhayət, onlar ona (Yunusa) iman gətirdilər və Biz də onlara müəyyən vaxtadək (ömürlərinin axırına kimi) gün-güzəran verdik.»

Ömürlərinin axırına qədər onlara gün-güzəran verilməsi, axirət əzabının onlardan uzaqlaşdırılmasını inkar etmir. Daha doğrusunu Allah bilir.

Onların sayı yüz min idi. Bundan artıq olub-olmamaqları barədə müxtəlif fikirlər söylənilib.

Həmçinin Yunusun öz qövmünə balıq hadisəsindən öncə və ya sonra göndərildiyi haqda da müxtəlif fikirlər vardır. Yoxsa o iki fərqli ümmətə göndərilmişdi?! Bu barədə üç müxtəlif fikir vardır. Təfsir kitabımızda bu haqda ətraflı danışmışıq268.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin