YUNUS BALIĞIN QARNINDA Yunusqövmünə qəzəblənib getdikdə dənizdə bir gəmiyə minir. Gəmi bərk silkələnməyə başladı. Dəniz cuşa gəldi və hündür dalğalar yarandı. Gəmi isə içərisindəki yükdən ağırlaşmışdı. Təfsirçilər deyirlər ki, gəmi batmaq üzrə idi. Gəmidə olanlar öz aralarında püşk atmaq barədə məşvərət etdilər. Püşk kimə düşsəydi onu gəmidən atıb yüklərini yüngülləşdirəcəkdilər.
Onlar püşk atdılar və püşk Allahın peyğəmbəri Yunusadüşdü. Onlar bunu qəbul edə bilmədilər. Sonra yenidən püşk atdılar. Püşk yenidən ona düşdü. Yunuspaltarını soyunub özünü dənizə atmağa hazırlaşdı. Amma camaat buna imkan vermədi və yenidən üçüncü dəfə püşk atdılar. Püşk yenə də ona düşdü. Çünki Uca Allah bu işin arxasında böyük bir iş güdürdü.