YUNUSUN FƏZİLƏTİ
«139. Həqiqətən, Yunus da peyğəmbərlərdəndir!» (əs-Saffat: 139). Uca Allah ən-Nisa və əl-Ənam surəsində onun adını digər peyğəmbərlərlə birlikdə xatırlatmışdır.
Abdullah ibn Məsud Peyğəmbərin belə dediyini rəvayət edir: "Heç bir insan: "Mən Yunus ibn Mattadan yaxşıyam" – deməməlidir"276.
İbn Abbas Peyğəmbərin belə dediyini rəvayət edir: "Heç bir insan: "Mən Yunus ibn Mattadan yaxşıyam" – deməməlidir"277. O bunu atasına nisbət edirdi.
Əbu Hureyrə Peyğəmbərin belə dediyini rəvayət edir: "Heç bir insan: "Mən Yunus ibn Mattadan yaxşıyam" – deməməlidir"278.
İmam əl-Buxari : "Xeyr, Musanı bütün məxluqatdan üstün edənə and olsun..." – deyən yəhudiyə sillə vuran müsəlman haqqında Əbu Hureyrənin rəvayətini qeyd edir və sonra deyir: "Mən kiminsə Yunus ibn Mattadan üstün olduğunu deyə bilmərəm"279.
Bu sözlər: "Heç bir insan: "Mən Yunus ibn Mattadan yaxşıyam" – deməməlidir. – hədisinin mənasını gücləndirir. Demək heç kəs özünü Yunusdan üstün saymamalıdır".
Hədisin digər mənası isə belə ola bilər. "Heç bir insan məni Yunus ibn Mattadan üstün tutmasın".
Bu məzmunda digər hədislər də rəvayət olunub. "Məni peyğəmbərlərdən üstün saymayın, hətta Yunus ibn Mattadan da üstün saymayın"280.
Peyğəmbər bu sözləri Allahın digər peyğəmbərlərinə qarşı təvazökar davranaraq demişdir.
Dostları ilə paylaş: |