|
|
səhifə | 31/532 | tarix | 01.01.2022 | ölçüsü | 3,81 Mb. | | #103049 |
| 71. (Ey Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan (Adəmi) yaradacağam.
72. Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz dərgahımdan ruh üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!”
73. Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi;
74. Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu.
75. (Allah) buyurdu: “Ey İblis! Sənə mənim iki əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?”
76. (İblis) dedi: “Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”
77. (Allah) buyurdu: “Çıx ordan (Cənnətdən). Sən (Mənim rəhmətimdən, dərgahımdan) qovulmuşun birisən!
78. Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın!”
79. (İblis) dedi: “Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!”
80. (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən,
81. (Dərgahımda) vaxtı məlum olan günə (Qiyamətə) qədər!”
Dostları ilə paylaş: |
|
|