MUSANIN DƏRYADAN FİRONUN EVİNƏ GETMƏSİ
Uca Allah buyurur:
7. Biz Musanın anasına: “Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. Qorxma və kədərlənmə. Biz onu sənə qaytaracaq və onu peyğəmbərlərdən edəcəyik!” – deyə bildirdik.
8. Fironun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı (içində olduğu sandıqla birlikdə) götürüb gəldilər. Həqiqətən, Firon, Haman və onların əsgərləri günahkar idilər.
9. Fironun qadını (Asiyə) dedi: “Bu uşaq həm mənim, həm də sənin gözaydınlığındır. Onu öldürməyin! Ola bilsin ki, (o böyüyəndə) bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!” Onlar (bu işin sonunu) bilmirdilər. (əl-Qasas: 7-9).
Bu ilham və irşad284 vəhyi idi. Bu mənada Uca Allah buyurur: «68. Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda özünə evlər tik! 69. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat get! (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar!! Şühəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!» (ən-Nəhl: 68-69).
İbn Həzmin285 və bir çox fəlsəfəçilərin iddia etdiyi kimi, ona gələn bu vəhy, peyğəmbərlik vəhyi deyildi. Doğru rəy, bu vəhyin ilham və irşad vəhyi olmasıdır. Əbul Həsən əl-Əşari bu fikri Əhlu-s-sünnə və-l-camaatdan rəvayət etmişdir.
Musanın anası bu deyilənlərə irşad edildi. Onun qəlbinə ilham olundu ki, heç nədən qorxmasın, heç nəyə görə kədərlənməsin. Əgər o indi səndən ayrı düşübsə, çox keçmədən Allah onu sənə qaytaracaqdır. Allah onu peyğəmbər və elçi edəcəkdir. Onun sözünü həm dünyada, həm də axirətdə yüksək etdi.
Anası ona əmr olunanı icra edirdi. Günlərin birində uşağı sandığa qoyub suya buraxdı, amma ipin ucundan tutmağı unutdu. Nil çayı uşağı apardı. Uşaq Fironun evinin önündən keçəndə «8. Fironun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı (içində olduğu sandıqla birlikdə) götürüb gəldilər.»
Dostları ilə paylaş: |