Rəhman və Rəhim olan Allahın adı ilə


MUSANIN  YƏHUDİYƏ KÖMƏK EDIB, QİBTİNİ ÖLDÜRMƏSİ



Yüklə 3,81 Mb.
səhifə315/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   311   312   313   314   315   316   317   318   ...   532
MUSANIN  YƏHUDİYƏ KÖMƏK EDIB, QİBTİNİ ÖLDÜRMƏSİ
14. (Musa) yetkinləşib kamilləşəndə ona hikmət və elm verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

15. (Musa) şəhərə əhalisi xəbərsizkən girdi. Orada iki nəfərin vuruşduğunu gördü. Onlardan biri öz adamlarından, digəri isə düşmənlərindən idi. (Musanın) adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi. Musa onu vurub öldürdü və dedi: “Bu, Şeytan əməlindəndir. Həqiqətən, o, açıq-aşkar bir düşməndir, azdırandır!”

16. (Musa) dedi: “Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim. Buna görə məni bağışla!” (Allah Musanı) bağışladı. Həqiqətən, O, (bəndələrini) bağışlayandır, rəhm edəndir!

17. (Musa) dedi: “Ey Rəbbim! Mənə bəxş etdiyin nemət sayəsində mən əsla günahkarlara arxa olamayacağam!” (əl-Qasas: 14-17).

Uca Allah Musanı anasına qaytarmasını və onun səbəbi ilə ona nemət verməsini xatırladır. Sonra isə başqa mərhələni xatırladır və deyir: «14. (Musa) yetkinləşib kamilləşəndə...» Kamillik yaşı insanın həm fiziki, həm də əxlaq baxımından kamilləşdiyi bir mərhələdir. Əksər elm adamlarının dediyinə görə bu mərhələ qırx yaşda olur. Uca Allah ona elm və hikmət vermişdir. Bu bir zamanlar Uca Allahın: «Biz onu sənə qaytaracaq, özünü də peyğəmbərlərdən edəcəyik!» (əl-Qasas: 7) – sözləri ilə Musanın anasına müjdə olaraq dediyi peyğəmbərlik və elçilikdir.

Sonra Uca Allah Musanın Misir torpaqlarından çıxıb, Mədyən torpaqlarına getmə və orada qalma səbəbini qeyd edir. Orada ona verilən möhlət başa çatmış, Uca Allah onunla danışmış və ona Öz lütfündən əta etmişdi.

Uca Allah buyurur: «15. (Musa) şəhərə, əhalisi xəbərsizkən girdi.» İbn Abbas, Səid ibn Cubeyr, İkrimə, Qatadə, əs-Suddi kimi alimlər deyirlər ki, bu günorta idi. İbn Abbas başqa rəvayətdə isə deyir ki, bu, iki namaz (məğrib və işa namazları) arasında idi.



«Orada iki nəfərin vuruşduğunu gördü. Onlardan biri öz adamlarından, digəri isə düşmənlərindən idi. (Musanın) adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi.» Onlar əlbəyaxa olmuşdular. Biri Musanın adamlarından yəni, yəhudilərdən, digəri isə düşmənlərindən yəni, qibtilərdən idi. Musa Fironun oğulluğu olduğu və onun evində böyüyüb başa çatdığı üçün Misir torpaqlarında onun xüsusi hörməti var idi. Musanın səbəbi ilə İsrail oğulları da müəyyən qədər hörmət sahibi olmuşdular. Onlar Musaya süd verdikləri üçün onun dayıları hesab olunur və bu səbəbdən başlarını dik tuturdular. İsrail oğullarından olan həmin adam Musadan qibtiyə qarşı imdad istədikdə Musa onlara tərəf getdi və qibtini vurdu. Mucahid deyir ki, onu yumruğu ilə vurdu. Qatədə isə deyir ki, əlindəki əsa ilə vurdu. Nəticədə qibti öldü.

Həmin qibti Uca Allaha şərik qoşan kafirlərdən idi. Musa onu öldürmək istəmirdi. Sadəcə olaraq onu çəkindirmək, qorxutmaq istəyirdi. Buna baxmayaraq Musa belə dedi: «16. (Musa) dedi: “Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim. Buna görə məni bağışla!” (Allah Musanı) bağışladı. Həqiqətən, O, (bəndələrini) bağışlayandır, rəhm edəndir! 17. (Musa) dedi: “Ey Rəbbim! Mənə bəxş etdiyin nemət» izzət, hörmət «sayəsində mən əsla günahkarlara arxa olamayacağam!”»




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   311   312   313   314   315   316   317   318   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin