Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə32/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   28   29   30   31   32   33   34   35   ...   532
82. (İblis) dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam;

83. yalnız Sənin sadiq bəndələrindən başqa!

84. (Allah) buyurdu: “Həqiqətən, haqqı deyirəm,

85. and olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduracağam!” (Sad: 71–85).
Əraf surəsində isə belə deyilir:

16. (İblis) de­di: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çı­xart­dığın üçün mən də Sənin düz yolunun üstündə oturub insan­la­ra (Sənə ibadət və itaət etməyə) mane olacağam!

17. Sonra on­la­rın yanına qarşılarından və arxalarından, sağlarından və sol­la­rın­dan gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” (əl-Əraf: 16–17).
İblis deyir ki, Sən məni azdırdığın üçün mən onların bütün yollarını kəsəcəm, hər tərəfdən onlara vəsvəsə verəcəm. Beləliklə, İblisə müxalif olan xoşbəxt, itaət edən isə bədbəxt olar.

Səburə ibn Əbu əl-Fakih deyir ki, mən Peyğəmbərin r belə dediyini eşitdim: "Şeytan öz hiylə yolları ilə adəm övladının qarşısında oturar...". 17

ADƏMƏ  SƏCDƏ EDƏN MƏLƏKLƏR
Təfsir alimləri Adəmə səcdə etmələri əmr olunan mələklərin kimlər olması barədə müxtəlif fikirlər söyləmişlər. Ayələrin ümumi mənasından anlaşıldığı kimi bu əmr bütün mələklərə aid idimi? Bu cumhurun rəyidir. Digər rəyə görə bu əmr yer mələklərinə aid idi.

Lakin ayələrin aydın məzmunu birinci fikri dəstəkləyir. "Mələklərini ona səcdə etdirdi"18 hədisi də ümumi məzmunu ilə buna dəlalət edir. Daha doğrusunu Allah bilir19.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin