|
|
səhifə | 326/532 | tarix | 01.01.2022 | ölçüsü | 3,81 Mb. | | #103049 |
| MUSA VƏ HARUNUN FİRONU DƏVƏT ETMƏSİ
Uca Allah əş-Şuəra surəsində buyurur:
10. (Ey Rəsulum!) Yadına gətir ki, bir zaman Rəbbin Musaya belə buyurmuşdu: “Get o zalım tayfanın yanına! –
11. Firon tayfasının yanına! Məgər onlar qorxmurlar?”
12. (Musa) dedi: “Ey Rəbbim! Onların məni yalançı sayacaqlarından qorxuram!
13. Ürəyim sıxılır, dilim də açılmır. Buna görə Haruna da (peyğəmbərlik) ver!
14. (Bir qibtini öldürdüyümə görə) onların qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürəcəklərindən qorxuram”.
15. (Allah) buyurdu: “Xeyr! Hər ikiniz möcüzələrinizlə gedin. Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi) eşidəcəyik!
16. Fironun yanına gedib belə deyin: “Biz aləmlərin Rəbbinin peyğəmbərləriyik!
Dostları ilə paylaş: |
|
|