Rəhman və Rəhim olan Allahın adı ilə


Firon dedi: “Aləmlərin Rəbbi nədir?



Yüklə 3,81 Mb.
səhifə328/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   324   325   326   327   328   329   330   331   ...   532
23. Firon dedi: “Aləmlərin Rəbbi nədir?

24. (Musa:) “Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında olanların Rəbbidir!” – deyə cavab verdi.

25. (Firon) ətrafındakılara: “Eşitdinizmi?” – dedi.

26. (Musa) dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”

27. (Firon ətrafındakılara:) “Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir!” – dedi. (əş-Şuəra: 23-27).

Uca Allah Firon ilə Musa arasında baş verən söhbətdən, mübahisədən, danışıqdan, Kəlimullahın məlun Firona göstərdiyi əqli, mənəvi və maddi sübutlardan xəbər verir. Çünki Firon Yaradanı inkar edir, özünün ilah olduğunu deyirdi. 23. Və (əyan-əşrəfini, bütün təbəələrini) toplayıb (onlara) belə xitab etdi: 24. “Həqiqətən, mən sizin ən Uca Rəbbinizəm!”(ən-Naziat: 23,24).

O bu sözlərində inadkarlıq nümayiş etdirirdi. O özünün Rəbbə möhtac olan bir qul olduğunu bilir, Allahın yoxdan yaradan və surət verən haqq ilah olduğunu dərk edirdi. Uca Allah buyurur: «14. Həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. (Ey Rəsulum!) Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!» (ən-Nəml: 14). Onlar Firona deyəndə ki, «Biz aləmlərin Rəbbinin peyğəmbərləriyik!» (əş-Şuəra: 16) o, Musanın elçiliyini rədd edərək və onun heç bir Rəbb tərəfindən göndərilmədiyini bildirərək dedi: «Aləmlərin Rəbbi nədir?» (əş-Şuəra: 23). Sanki Firon onlara belə deyirdi: "Tərəfindən göndərildiyinizi və elçi təyin olunduğunuzu iddia etdiyiniz Aləmlərin Rəbbi kimdir?"

Musa ona belə cavab verdi: «24. “Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında olanların Rəbbidir!”...» (əş-Şuəra: 24). Yəni O aləmlərin Rəbbidir, gördüyünüz bu göylərin və yerin, onların arasında olan saysız-hesabsız məxluqatın – buludların, küləklərin, yağışın, bitkilərin, heyvanların – Xaliqidir. Halbuki dərrakə sahibi olan hər kəs bilir ki, bu məxluqat öz-özünə var olmamışdır. Mütləq onları var edən bir Xaliq, Yaradan vardır. O da, Özündən başqa ibadətə haqqı olmayan aləmlərin Rəbbidir.

Firon Musanın dediklərini alçaltmaq və qəhr etmək məqsədi ilə «25. Ətrafındakılara:» valilərinə, vəzirlərinə, əlaltılarına dedi: «Eşitdinizmi?» bu nə danışır?!

Musa həm ona, həm də ətrafındakılara «dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”» (əş-Şuəra: 25-26) Sizi və sizdən əvvəl yaşamış atalarınızı, babalarınızı, keçmiş nəsilləri yaradan Odur. Hər kəs öz-özünü yaratmadığını yaxşı bilir. Heç ata-anası tərəfindən də yaradılmadığını da bilir. İnsan yaradanın iştirakı olmadan yarandığını yəqin edə bilməz. Hər kəs dərk edir ki, onu aləmlərin Rəbbi yoxdan var etmiş, yaratmışdır.

Uca Allahın növbəti ayəsində bu iki məqam öz əksini tapmaqdadır: «53. Onun haqq olduğu onlara bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik.» (Fussilət: 53).

Bütün bunlara baxmayaraq Firon qəflət yuxusundan oyanmadı, nə də azğınlığını tərk etmədi. Əksinə, zülmündə, inadkarlığında və küfründə qaldı. Firon ətrafındakılara dedi:

Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir!”


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin