29. (Firon:) “Əgər məndən başqa ilah qəbul etsən, səni mütləq dustaq edəcəyəm!” – dedi.
30. (Musa) dedi: “Əgər sənə (dediklərimin doğru olduğunu sübut edəcək) açıq-aşkar bir şey (dəlil) gətirsəm necə?”
31. (Firon) “Əgər doğru deyirsənsə, onu gətir!” – dedi.
32. (Musa) əsasını (yerə) atan kimi, o dərhal açıq-aşkar bir əjdaha oldu.
33. Sonra əlini çıxarar-çıxartmaz o, baxanlara ağappaq göründü.» (əş-Şuəra: 29-33).
Əsa və əl möcüzəsi, Uca Allahın Musaya kömək olaraq verdiyi iki möcüzə idi. Bu möcüzələr ağıl və dərrakəni aciz edən böyük möcüzə idi. Belə ki, o əsasını yerə atan kimi dərhal əzəmətli və dəhşətli ilana dönürdü. Onun mənzərəsi çox qorxulu və vahiməli olurdu. Musanın əlini qoynuna salıb çıxartması da böyük möcüzə idi. Belə ki, o əlini qoynuna salıb çıxaran kimi o ay kimi parıldayır, nur saçırdı. Onu görən heyran olurdu. Əlini yenidən qoynuna qaytarıb çıxartdıqda adi hala dönürdü.
Bütün bunlara baxmayaraq Firon heç nədən faydalanmadı. O olduğu kimi qalır və baş verənlərin sehir olduğunu iddia edirdi. Hətta o buna sehrbazlarla qarşılıq vermək qərarına gəldi. Bunun üçün məmləkətinin hər yanına adam göndərib bütün sehrbazları topladı. Qarşıda Uca Allahın Firona, əyanlarına, millətinə və xalqına haqqı necə göstərməsi haqqında danışarkən bu məsələni də orada təfsilatı ilə qeyd edəcəyik. Həqiqətən həmd olunmaq da, minnət qoymaq da Allaha məxsusdur.
Uca Allah Taha surəsində buyurur:
Dostları ilə paylaş: |