Rəhman və Rəhim olan Allahın adı ilə


Firon dönüb getdi, nəhayət, bütün hiylə vasitələrini yığıb gəldi



Yüklə 3,81 Mb.
səhifə337/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   333   334   335   336   337   338   339   340   ...   532
60. Firon dönüb getdi, nəhayət, bütün hiylə vasitələrini yığıb gəldi.

61. Musa onlara dedi: “Vay sizin halınıza! Allaha iftira yaxmayın, yoxsa O sizi əzabla məhv edər. (Allaha) iftira yaxan naümid olar”.

62. Onlar öz aralarında öz işləri barədə mübahisə edir və xəlvətcə pıçıldaşırdılar.

63. Onlar dedilər: “Bu ikisi, əlbəttə, sehrbazdır. Onlar öz sehrləri ilə sizi yurdunuzdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu yox etmək istəyirlər.

64. Ona görə də bütün hiylə vasitələrinizi toplayın, sonra da səf-səf gəlin. Bu gün qalib gələn nicat tapacaqdır!” (Taha: 60-64).

Uca Allah Firon haqqında bildirir ki, o ölkəsində olan bütün sehrbazları topladı. O zaman Misir torpaqlarında məharətli sehrbazlar çox idi. Bütün əyalətlərdən sehrbazlar bir yerə toplandılar. Firon, əmirləri, dövlət adamları və ölkə əhalisi hamı bir nəfər kimi toplaşdı. Çünki Firon car çəkib xəbər yaymışdı ki, hamı bu böyük toplantıya gəlsin. Onlar yolda gələrkən öz aralarında deyirdilər: «40. Əgər sehrbazlar üstün gəlsələr, güman ki, biz də onlara tabe olarıq!» (əş-Şuəra: 40).

Musa sehrbazların önünə keçib onlara vəz etdi. Onları Allahın möcüzələrinə qarşı çıxan yalan sehrbazlıqdan əl çəkməyə çağırdı və dedi: «“Vay sizin halınıza! Allaha iftira yaxmayın, yoxsa O sizi əzabla məhv edər. (Allaha) iftira yaxan naümid olar”.»


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   333   334   335   336   337   338   339   340   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin