«Məgər siz bir adamı “Rəbbim Allahdır!” deməyinə görə öldürəcəksiniz?!» "Rəbbim Allahdır!" dediyi üçün onu öldürəcəksiniz?! Belə sözün qarşılığı hörmət, ehtiram, sədaqət və dostluq olmalıdır. Çünki o, «Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir.» Allahdan gətirdiyi şəriətin doğru olduğunu təsdiq edən qeyri adi əlamətlər göstərmişdir. Əgər siz bununla əhd-peyman bağlasanız salamatlığa çıxarsınız. Ona görə ki, «Əgər o, yalan deyirsə, ancaq öz əleyhinədir.»sizə heç bir ziyan dəyməz. «Yox, əgər doğru danışırsa,» siz də ona qarşı çıxırsınızsa «onun qorxutduğu əzabın bir qismi sizə toxunar.» Siz onun vəd etdiyi əzabın cüzi bir hissəsini dadmaq istəməzsiniz. Bəs əzab tam şəkildə gələrsə necə olarsınız?! Belə bir məqamda bu ifadələri işlətmək hədsiz mülayimlikdən, ehtiyatlıqdan və kamillikdən xəbər verir.