Rəhman və Rəhim olan Allahın adı ilə


«29. Ey qövmüm! Bu gün hökm sizindir. Yer üzündə qalib olanlar da sizsiniz.»



Yüklə 3,81 Mb.
səhifə349/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   345   346   347   348   349   350   351   352   ...   532
«29. Ey qövmüm! Bu gün hökm sizindir. Yer üzündə qalib olanlar da sizsiniz.» Bu, dəyərli mal-mülkü itirməmək üçün xəbərdarlıqdır. Çünki dinə qarşı mübarizə aparan hər bir dövlət, mülkünü itirər, güclüdürsə zəlil olar. Firon ailəsinin aqibəti də belə oldu. Onlar Musanın gətirdiklərinə qarşı şəkk-şübhə edir, ona qarşı çıxır və inadkarlıq nümayiş etdirirdilər. Ona görə Uca Allah onları olduqları mal-mülkdən, qəsrlərdən, evlərdən, naz-nemətdən çıxartdı və zəlil halda dənizdə boğdu. Onlar ən yüksək məqamda ikən, ən alçaq səviyyəyə düşdülər. Ona görə təsdiq edən, ağıllı, haqq yolçusu və tayfasına canı yanan bu mömin bəndə belə deyirdi: «29. Ey qövmüm! Bu gün hökm sizindir. Yer üzündə qalib olanlar da sizsiniz.» Siz insanlardan üstünsünüz və onlara hökmranlıq edirsiniz. «Əgər Allahın əzabı gəlsə, ona qarşı kim bizə kömək edə bilər?!» Siz indikindən qat-qat güclü olsanız da bu bizi xilas etməz. Mülkədarlar Mülkədarının əzabının qarşısını ala bilməz.

Kişinin dediklərinin cavabında «Firon dedi: “Mən sizə ancaq münasib gördüyümü bildirirəm səmimi danışıram, «mən sizə ancaq doğru yolu göstərirəm!”» O, hər iki sözündə yalan danışırdı. Çünki o, daxilən tam yəqinliklə bilirdi ki, Musanın göstərdiklərinin hamısı Allahdandır, bunun başqa yolu yoxdur. Ancaq o, zalımcasına, ədavətli və inadkar davranıb bunun əksini biruzə verirdi.

Uca Allah Musa haqqında xəbər verir və buyurur: «102. (Musa da) ona: “Sən bunları məhz göylərin və yerin Rəbbi tərəfindən açıq-aşkar möcüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən. Mən isə, ey Firon, səni artıq məhv olmuş zənn edirəm!” – deyə cavab vermişdi. 103. (Firon) onları torpağından qovub çıxartmaq istədi. Biz isə onu və onunla birlikdə olanların hamısını qərq etdik. 104. Və bundan sonra İsrail oğullarına dedik: “Siz (Şam) ərazisində sakin olun. Axirət vədəsi gəlib çatdıqda sizin hamınızı birlikdə gətirəcəyik!”» (əl-İsra: 102-104).

Başqa ayədə isə belə buyurulur: «13. Möcüzələrimiz aşkar şəkildə gəlib onlara çatdıqda: “Bu, açıq-aydın bir sehrdir!” – dedilər. 14. (Möcüzələri­mi­zin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!» (ən-Nəml: 13-14).




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   345   346   347   348   349   350   351   352   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin