İMAN GƏTİRMƏYƏN FİRON AİLƏSİNİN ƏZAB ÇƏKMƏSİNƏ AÇIQ-AŞKAR DƏLALƏT EDƏN AYƏLƏR Məqsəd budur ki, Uca Allah onlara açıq-aşkar sübutlar göstərmədən, peyğəmbər göndərmədən, şübhələrini aradan qaldırmadan onları həlak etmədi. Bəzən qorxutmaqla, bəzən isə təşviqatla onlara bu sübutları çatdırdı. Uca Allah buyurur:
130. Biz Firon əhlini (illərlə) qıtlığa, quraqlığa və məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar!
131. Onlara bolluq qismət olduğu zaman: “Bu bizim (haqqımızdır)!” – deyər, bir pislik üz verdikdə isə bunu Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz!