Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə358/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   354   355   356   357   358   359   360   361   ...   532
132. (Firon adamları Musaya) dedilər: “Sən bizi ovsunlamaq üçün nə möcüzə göstərsən də, yenə sənə iman gətirən deyi­lik!”

133. Biz ayrı-ayrı möcüzələr üzrə onla­ra tufan, (əkinlərinə) çəyirtkə və həşə­rat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndər­dik. Onlar yenə də (iman gətirməyi) öz­lə­rinə sığışdırmayıb kafir bir tayfa oldular. (əl-Əraf: 130-133).

Uca Allah bildirir ki, O Fironun ailəsini, yəni qövmü qibtiləri aclığa düçar etmişdir. Aclıq, bitkilərin bitmədiyi, heyvanların süd vermədiyi vaxtdır. Uca Allah buyurur: «məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar!» Amma onlar bundan heç bir nəticə çıxartmadılar, pis əməllərindən əl çəkmədilər. Əksinə, küfr etməkdə və inadkarlıq göstərməkdə davam etdilər. «131. Onlara bolluq qismət olduğu zaman: “Bu bizim (haqqımızdır)!” – deyər,» biz buna layiqik. «bir pislik üz verdikdə isə bunu Musadan və yanındakılardan görərdilər.» Onların bədbinliyi üzündən başımıza bu işlər gəlir. Heç bolluq olanda "bu onların bərəkətidir" – deməzlər. Çünki onların qəlbləri haqqdan üz çevirmiş, təkəbbürlüdür. Pis iş olanda Musadan , yaxşı iş olanda özlərindən görürlər. Uca Allah buyurur: «Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır,» buna görə Allah onların layiqli cəzasını verir. «lakin onların əksəriyyəti (bunu) bilməz!»




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   354   355   356   357   358   359   360   361   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin