Rəhman və Rəhim olan Allahın adı ilə


«132. (Firon adamları Musaya)



Yüklə 3,81 Mb.
səhifə359/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   355   356   357   358   359   360   361   362   ...   532
«132. (Firon adamları Musaya) dedilər: “Sən bizi ovsunlamaq üçün nə möcüzə göstərsən də, yenə sənə iman gətirən deyilik!”» Sən nə qədər möcüzə gətirsən də heç bir xeyiri yoxdur. İstəyirsən bütün möcüzələri göstər, biz yenə də sənə inanmayacaq, iman gətirməyəcək, ardınca getməyəcəyik. Uca Allah onların bu halını belə xatırladır və buyurur: «96. Həqiqətən, əleyhinə sənin Rəbbinin sözü gerçəklənmiş olanlar iman gətirməzlər! 97. Onlara hər hansı bir ayə gəlsə, şiddətli əzabı görməyincə (inanmazlar)(Yunus: 96).

«133. Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular.»

İbn Abbas  deyir296 ki, tufan – əkinləri və bağ-bostanları məhv edən bol sulu yağışın yağmasıdır.

Səid ibn Cubeyr, Qatadə, Suddi və Dəhhak da eyni mənanı söyləyiblər.

Çəyirtkə isə hər kəsə məlum canlıdır. Onun yeyilməsi də icazəlidir. Buxari və Muslimin "əs-Səhih" əsərində Əbu Yəfur adlı rəvayətçi deyir ki, mən Abdullah ibn Əbu Ovfədən çəyirtkə haqqında soruşdum və o dedi: "Peyğəmbərlə olduğumuz yeddi döyüşdə çəyirtkə yemişik"297. Bu haqda söylənilən hədis və rəvayətlər haqqında "Təfsir" kitabında əhatəli danışmışıq. Peyğəmbər  səhra varanı (çöl kərtənkələsi) yeməkdən çiyrəndiyi kimi, çəyirtkədən də çiyrənmiş və onu yeməkdən imtina etmişdir298. Xoşuna gəlmədiyi üçün soğan, sarımsaq və kəvər də yeməmişdir299.

Çəyirtkələrin göndərilməsində məqsəd onların yaşıl əkinlərini və meyvələrini məhv etmək idi.

Həşəratlara gəlincə, İbn Cərir ət-Təbəri300 ərəb dilçilərinə istinadən deyir ki, burada balaca gənə nəzərdə tutulur. Gənə onların evlərinə və yataqlarına doluşmuşdu. Onlara rahatlıq vermir, nə yatmağa qoyurdu, nə də oyaq qalmağa. Əta ibn əs-Səib də bunun adi gənə olduğunu demişdir.

Qurbağaya gəldikdə, bu, hər kəsin tanıdığı canlıdır. Qurbağa o qədər çox idi ki, hətta onların yeməklərinə, qab-qacaqlarına doluşmuşdular. Hətta yemək və ya içmək üçün ağzını aralayanın ağzına dərhal qurbağa tullanırdı.

Qana gəldikdə, Nil çayı təmamilə qana dönmüşdü. Onlar çaydan su götürmək istədikdə isti qan götürürdülər. Ani bir vaxt ərzində qana çevrilməyən nə bir çay, nə də bir quyu qalmamışdı.

Bütün bunlarla yanaşı İsrail oğullarına heç bir xətər toxunmamışdı. Bu isə açıq-aşkar bir möcüzə və qəti sübutdur. Musanın göstərdiyi bu möcüzələr onların hər birinə zərər verirdi, amma İsrail oğullarından heç kəsə toxunmurdu. Bu isə çox tutarlı dəlildir.

Uca Allah buyurur:



134. Onlara əzab gəldikdə dedilər: “Ey Musa! Bizim üçün Rəbbinə sənə ver­di­yi əhd ilə dua et! Əgər bu əzabı biz­dən götürsə, biz, hökmən, sənə iman gə­ti­rəcək və İsrail oğullarını səninlə birlikdə (istədikləri yerə) gön­də­rəcə­yik”.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   355   356   357   358   359   360   361   362   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin